• $
  • €
  • ₽
  • ₺
  • £

“Qazprom” Moldovaya 48 saat vaxt verdi

“Qazprom” Moldovaya 48 saat vaxt verdi
22.11.2021 23:29
Rusiyanın "Qazprom” şirkəti Moldovaya xəbərdarlıq edib.

"Qafqazinfo” xəbər verir ki, şirkətin sözçüsü Sergey Kupriyanov "Rossiya 24” kanalının efirində bildirib ki, Moldova borclarını ödəməsə 48 saat sonra ölkəyə qaz verilməsi dayandırılacaq. 

O bildirib ki, "Moldovaqaz” ilə praktiki olaraq Kişinyovun şərtləri əsasında müqavilə imzalayıblar. Lakin vacib bir şərt var - cari ödənişlər vaxtında yüz faiz ödənilməlidir: 

"Cari ödənişlər üçün növbəti son tarix bu gün - noyabrın 22-dir. Ödəniş isə yoxdur. Bununla əlaqədar olaraq, bu gün "Qazprom” müqaviləyə uyğun olaraq Moldova tərəfini 48 saatdan sonra qazın nəqlinin dayandırılacağı barədə məlumatlandırıb”.

Moldovanın infrastruktur naziri Andrey Spınu bildirib ki, "Moldovaqaz” qaz nəqlinin dayandırılacağı ilə bağlı bildiriş alıb, lakin ölkə rəsmiləri onunla detallı şəkildə tanış olmayıblar. 

"Moldovaqaz”ın rəhbəri Vadim Çeban sözlərinə görə, şirkət artıq "Qazprom”dan bildiriş alıb və tarifə gec baxıldığından yaranan borcun ödənilməsi problemi üzərində işləyir: 

"Söhbət oktyabr ayı üçün istehlakın, noyabr ayı üçün ödənişin yarısının ödənilməsindən gedir. Bizdə xüsusi boşluq yaranıb. Çünki oktyabrda tarifdə alış qiyməti 150 dollar idi, biz isə qazı 800 dollara almışıq”.

Qeyd edək ki, Moldovada qazın tarifinə noyabrda yenidən baxılıb: o, 25 sentdən 63 sentə yüksəlib. Eyni zamanda, oktyabr ayında qazın alış qiyməti 4 dəfə artsa da, adi istehlakçılar eyni - 25 sent ödəyiblər. Hökumət orqanları "Qazprom”a qazın pulunu ödəmək üçün bu fərqi necə kompensasiya etmək barədə qərar verməli idilər.
Oktyabrın sonunda Kişinyov "Moldovaqaz”ın borcunun 2022-ci ildə auditi şərti ilə "Qazprom”la müqaviləni beş il müddətinə uzadıb. Borcun faiz nəzərə alınmaqla beş il ərzində ödənilməsi planlaşdırılır.
Rusiya şirkəti qeyd edib ki, tərəflər qaz sahəsində cari məsələlərin həlli ilə bağlı protokol imzalayıb və sazişin uzadılması şərtlərini qarşılıqlı faydalı adlandırıblar. Kişinyovun da qeyd etdiyi kimi, yeni müqavilədə Moldova tərəfinin təklif etdiyi formuladan istifadə olunacaq.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol