• $
  • €
  • ₽
  • ₺
  • £

Dünyada COVID-19 ilə bağlı son STATİSTİKA

Dünyada COVID-19 ilə bağlı son STATİSTİKA
23.11.2021 07:57
Koronavirus pandemiyası ərzində dünyada COVID-19-a yoluxanların ümumi sayı 258 253 904 nəfərə çatıb.

Dünyada koronavirusdan ölənlərin sayı 5 172 659 nəfər təşkil edir.

Dünya ölkələri arasında pandemiyadan ən çox ABŞ ziyan çəkir. Birləşmiş Ştatlarda COVID-19-a 48 643 278 insan yoluxub. Son sutkada daha 32 453 nəfərdə koronavirus aşkarlanıb.
 
ABŞ həm də COVID-19-dan ölənlərin sayına görə dünyada birincidir. Birləşmiş Ştatlarda ümumilikdə 793 953 insan pandemiyanın qurbanı olub. Son sutkada 169 nəfər koronavirusdan ölüb.

Siyahıda ikinci yerdə Hindistan (34 523 965 yoluxma) qərarlaşıb. Cənubi Asiyanın bu ölkəsində son sutkada daha 5 064 nəfərdə təhlükəli infeksiya aşkarlanıb. Eyni zamanda pandemiya ərzində 465 911 insan koronavirusdan ölüb.

Braziliya da koronavirusdan ən çox əziyyət çəkən ölkələr siyahısındadır. Amerikanın bu ölkəsində pandemiya ərzində 22 017 276 insanda COVID-19 aşkarlanıb, 612 722 təhlükəli infeksiyanın qurbanı olub.

Böyük Britaniya siyahıda dördüncüdür. Birləşmiş Krallıqda koronavirusun aşkarlandığı xəstələrin ümumi sayı 9 889 926 nəfər, ölənlərin sayı isə 143 972 nəfər təşkil edir.

Siyahıda sonrakı yerlərdə Rusiya qərarlaşıb. Şimal qonşumuzda virusa 9 366 839 yoluxma qeydə alınıb, 265 336 insan COVID-19-un qurbanı olub. Pandemiyadan ən çox əziyyət çəkən ölkələr siyahısında Türkiyə, Fransa, İran, Almaniya, Argentina, İspaniya qərarlaşıb.
Koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.
 
Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. Hazırda dünyanın ayrı-ayrı ölkələrində koronavirusun təhlükəli ştamları aşkarlanıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol