• $
  • €
  • ₽
  • ₺
  • £

“ABŞ öz raketləri ilə evimizə gəlib, bizi həyasızcasına aldatdılar” - Putin

“ABŞ öz raketləri ilə evimizə gəlib, bizi həyasızcasına aldatdılar” - Putin
23.12.2021 22:56
qə doğru hərəkət etməyəcəyi ilə bağlı verdiyi sözə əməl etmədiyini və onlara təhlükəsizliklə bağlı dərhal zəmanət verməli olduğunu bildirib.

"Qafqazinfo” xəbər verir ki, Putin bu barədə Moskvada keçirdiyi illik mətbuat konfransında danışıb.

"Ukraynaya və ya başqa bir suveren ölkəyə hücum etməyəcəyinizə zəmanət verə bilərsinizmi, yoxsa bu, Rusiya ilə ABŞ və NATO arasında müxtəlif təhlükəsizlik zəmanətləri barədə danışıqlardan asılı olacaq?”, - sualına cavab verən Putin deyib:

"Bizim hərəkətlərimiz danışıqların gedişatından deyil, Rusiyanın bu gün və tarix boyu təhlükəsizliyinin qeyd-şərtsiz təmin edilməsindən asılı olacaq. Bu kontekstdə biz NATO-nun şərqə doğru irəliləməsinin qəbuledilməz olduğunu hərtərəfli izah etdik.

Burada aydın olmayan nə var? ABŞ sərhədlərinə yaxın raketlər? Xeyr! ABŞ öz raketləri ilə evimizə gəlib. Bu raketlər indi evimizin astanasındadır. Hücum raketlərinin evimizin yaxınlığında yerləşdirilməməsini tələb etmək gərəksiz tələbdirmi? Burada qeyri-adi nə var?"

"Biz raketlərimizi Kanada ilə ABŞ, ABŞ və Meksika arasındakı sərhədə yerləşdirsəydik, ABŞ buna necə reaksiya verərdi? Meksika ilə ABŞ arasında ərazi problemi yox idi? Kaliforniya, Texas əvvəllər kimə məxsus idi? Bunu unutmusunuz?”, - Putin əlavə edib.
Rusiya Prezidenti bildirib ki, Vladimir Lenin Sovet İttifaqını yaradanda Ukraynanı yaradıb.

O, Rusiya, ABŞ və NATO arasında gedən danışıqların nəticələrinin onlar üçün mühüm olduğunu vurğulayıb:
"NATO bizə 90-cı illərdə şərqə doğru hərəkət etməyəcəyinə söz vermişdi".

Putin sözlərini belə yekunlaşdırıb:
"Bizi həyasızcasına aldatdılar. İndi NATO beş dəfə genişlənib. İndi Rumıniya və Polşada raketlər yerləşdirilib. Biz heç kimə hədə-qorxu gəlmirik. Biz ABŞ və ya İngiltərə sərhədlərinə getmişik? Bizə gəliblər. İndi Ukrayna da içəridədir. İndi Ukraynanın da NATO-ya daxil olacağını deyirlər. O zaman Ukraynada da oxşar sistemlər olacaq, ya da iki səviyyəli bazalar və hücum sistemləri olacaq. Siz bizdən zəmanət istəyirsiniz. Bizə dərhal zəmanət verməlisiniz".

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenski Melaniya Trampı ordenlə təltif edib
Dünya 14:00
Zelenski Melaniya Trampı ordenlə təltif edib
ABŞ bu gün İrana zərbələr endirə bilər - KİV
Dünya 12:24
ABŞ bu gün İrana zərbələr endirə bilər - KİV
Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb
Dünya 10:58
Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Dünya 09:39
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Demokratlar Nümayəndələr Palatasında 193, respublikaçılar isə 114 mandat qazanıb
Dünya 09:32
Demokratlar Nümayəndələr Palatasında 193, respublikaçılar isə 114 mandat qazanıb
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol