• $
  • €
  • ₽
  • ₺
  • £

“Omicron” bu ölkələrin Yeni ilini “oğurladı”

“Omicron” bu ölkələrin Yeni ilini “oğurladı”
24.12.2021 20:46
Bir sıra Avropa ölkəsi COVİD-19-un "omicron” ştamına yoluxma halında antirekord səbəbindən küləvi tədbirlərdən imtina edib.

"Qaqazinfo” xəbər verir ki, ilk dəfə Cənubi Afrika Respublikasında meydana çıxan, daha sonra dünyanın 110 ölkəsinə yayılan "omicron”la bağlı ləğv edilən tədbirlər siyahısına Yeni il və Milad şənlikləri də daxil edilib. 

Belə ki, Niderland hökuməti kütləvi tədbirlərə, Milad yarmarkalarına qadağa qoyub. Bundan əlavə, 2 nəfərdən artıq qonaq qəbul etmək olmaz. Milad və Yeni il günü isə bu say maksimum 4 nəfərə qədər arta bilər. 

Fransada da öz növbəsində Yeni il ərəfəsində atəşfəşanlıq, konsertlər və kütləvi şənliklər qadağan edilib. Peyvənd olunmayanların ictimai yerlərə buraxılması tamamilə qadağandır. Əgər əvvəllər bunun üçün PCR testləri kifayət edirdisə, 2022-ci ildə bununla qane olunmayacaq. 

Londonda da Yeni il şənlikləri ləğv edilib. Hətta Londonun bir neçə məşhur muzeyi və teatrı işlərin müvəqqəti dayandırıldığını elan edib. Oxşar tədbirlər Şotlandiyada da həyata keçirilib.
Almaniya hökuməti də Yeni ilin qeyd olunmasını "əsassız” adlandırıb. Buna görə də, hətta peyvənd olunmuş almanlara 10 nəfərdən çox qruplarda toplaşmaq qadağan edilib və onlara "səhiyyə sisteminə onsuz da böyük yük olan yüksək xəsarət riski səbəbindən” Yeni il atəşfəşanlığından imtina etmək tövsiyə olunub.

Yunanıstanın Səhiyyə Nazirliyi də öz növbəsində Yeni il və Milad bayramları üçün kütləvi tədbirləri ləğv edib. Bundan əlavə, sakinlər hər yerdə maska ​​taxmağa məcbur edilib.

İtaliyada "omicron”a görə nəinki bütün açıq hava konsertləri və tədbirlər qadağan edildi, diskotekalar və gecə klubları da bağlandı. 
Paris səlahiyyətliləri, həmçinin "omicron”un yayılması səbəbindən Yeni il ərəfəsində Yelisey meydanında atəşfəşanlıq və şənliklərin ləğv edildiyini açıqlayıb.

Avropada ciddi narahatlıqlara və "omicron”un sürətlə yayılmasına baxmayaraq, bəzi ölkələr hətta Yeni ilə qədər məhdudiyyətləri yüngülləşdirməyə qərar veriblər.

Belə ki, Latviya hökuməti Yeni il üçün bar və əyləncə müəssisələrinin işinə qoyulan mövcud məhdudiyyətləri ləğv edib, həmçinin həftə sonları və bayram günlərində ticarət mərkəzlərinin fəaliyyətinə icazə verib.

Estoniyada 31 dekabr - 2 yanvar tarixlərində qapalı tədbirlərdə COVID məhdudiyyətləri qaldırılacaq.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol