• $
  • €
  • ₽
  • ₺
  • £

Ötən il dünyada 45 jurnalist qətlə yetirilib

Ötən il dünyada 45 jurnalist qətlə yetirilib
03.01.2022 14:04
2021-ci ildə dünyanın 20 ölkəsində 45 jurnalist və media işçisi peşə borcunu yerinə yetirərkən baş vermiş insidentlər nəticəsində qətlə yetirilib, bu barədə Beynəlxalq Jurnalistlər Federasiyasının (IJF) paylaşdığı illik məlumatda qeyd edilib.

Həlak olan jurnalistlərdən 33-ü hədəflənmiş hücumlarla qətlə yetirilib.

Nəticədə 1991-ci ildən sonra qətlə yetirilən jurnalistlərin sayı 2 721 nəfərə çatıb.

Ötən il Asiya-Sakit Okean zonasında 20, Qərb yarımkürəsində 10, Afrikada 8, Avropada 6 jurnalist qətlə yetirilib.

Yaxın Şərq və Ərəb ölkələrində isə 1 jurnalist qətlə yetirilib.

2021-ci ildə Əfqanıstanda 9 jurnalist qətlə yetirilib ki, bu da Əfqanıstanı jurnalistlər üçün ən təhlükəli ölkə edib.

Jurnalistlərin ən çox qətlə yetirildiyi digər ölkələr Meksika (8), Hindistan (4), Pakistan (3) olub.

Məlumatda qeyd olunub ki, son illər jurnalistlər üçün silahlı münaqişələrdən qaynaqlanan risklər azalsa da cinayətkar dəstələr və Meksikadan Avropa şəhərinin küçələrinədək yayılmış narkotik kartelləri ilə bağlı təhdidlər artmaqdadır və bunlar jurnalistlərə qarşı hədəflənmiş hücumların böyük əksəriyyətini təşkil edirlər.
IJF-in hesablamalarına görə 2020-ci ildə 65 jurnalist qətlə yetirilib. Təşkilatın dünyanın 145 ölkəsindən 600 mindən çox jurnalist üzvü var.

Ötən il iyunun 4-də Azərbaycan Televiziyasının teleoperatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) kəndinə peşə borcunu yerinə yetirmək məqsədi ilə Azərbaycanın Kəlbəcər rayonunun Susuzluq kəndinə gedərkən ermənilərin yola yerləşdirdiyi minaya düşərək həlak olub.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol