• $
  • €
  • ₽
  • ₺
  • £

Putin dünyanı imperiyaların idarə etdiyi zamanlara qayıtmaq istəyir - ABŞ-ın BMT-dəki səfiri

Putin dünyanı imperiyaların idarə etdiyi zamanlara qayıtmaq istəyir - ABŞ-ın BMT-dəki səfiri
22.02.2022 12:27
 Bazar ertəsi, Vladimir Putinin Vaşinqtonda çoxlarının ölkənin Ukraynaya hərbi hücumu üçün əsas kimi qiymətləndirdiyi addımları səbəbindən Rusiya və Qərb arasında gərginlik kəskin şəkildə artıb, bu barədə TURAN-ın ABŞ-dakı müxbiri bildirib.

Buna qədər Bayden administrasiyası və onun müttəfiqləri Rusiyanın Ukraynaya hücum etməmək öhdəliyi götürməsi şərti ilə ABŞ və Rusiya prezidentlərinin sammitini keçirməyi planlaşdırırdı. Amma bazar ertəsi axşam Putin Donetsk və Luqansk "respublikalarının" müstəqilliyinin tanınması haqqında fərmanlar imzaladıqdan sonra görüşün baş tutmayacağı aydın olub.

"Rusiya, görünür, yaxın gələcəkdə Ukraynaya tammiqyaslı hücuma hazırlığı davam etdirir", deyə Ağ Evin mətbuat katibi Ceyn Psakinin bəyanatında bildirilir.
Öz növbəsində, prezident Bayden separatçı regionlara yeni investisiyaların, bu regionlarla ticarətin və onların maliyyələşdirilməsinin qadağan edilməsi və Donetsk və Luqanskda işləmək qərarına gələnlərə qarşı sanksiyalar tətbiq edilməsi haqqında fərman imzalayıb.

"Bu tədbirlər müttəfiqlərimiz və tərəfdaşlarımızla əlaqəli şəkildə hazırladığımız ciddi iqtisadi tədbirlərə əlavə ediləcək. Biz müttəfiqlərimiz və tərəfdaşlarımız, o cümlədən Ukrayna ilə növbəti addımlar barədə sıx məsləhətləşmələri davam etdiririk", deyə Ağ Evin bəyanatında bildirilir.

Bazar ertəsi axşam BMT Təhlükəsizlik Şurasının təcili iclasında çıxış edən ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild bildirib ki, Putin "beynəlxalq sistemi sınayır" və "nə qədər uzağa gedə biləcəyinə baxır".

"Putin "bu regionlarda Rusiya qoşunları yerləşdirəcəyini elan edib. O, bu qoşunları sülhməramlı adlandırır. Bu, cəfəngiyyatdır. Biz onların əslində kim olduğunu bilirik. Bununla belə, o, dünyanı seçim qarşısında qoyub. Biz gözümüzü çəkməməliyik. Rusiyanın hərəkətlərinin nəticələri dəhşətli olacaq - bütün Ukraynada, bütün Avropada və bütün dünyada", deyə o bildirib.

Putinin Qərbin mənfi rolu haqqında bəyanatını şərh edən səfir deyib ki, bu, "müharibə üçün bəhanə əldə etmək məqsədilə qəzəbli, yalan bəyanatlar seriyası" idi. "Putin dünyanı imperiyaların idarə etdiyi zamanlara qayıtmaq istəyir. İndi 1919-cu il deyil", deyə o əlavə edib. 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Dünya 09:39
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Demokratlar Nümayəndələr Palatasında 193, respublikaçılar isə 114 mandat qazanıb
Dünya 09:32
Demokratlar Nümayəndələr Palatasında 193, respublikaçılar isə 114 mandat qazanıb
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol