• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya sona qədər döyüşmək niyyətindədir - Rusiya müdafiə naziri

Rusiya sona qədər döyüşmək niyyətindədir - Rusiya müdafiə naziri
01.03.2022 14:57
Rusiya ordusu "qoyulan məqsədə çatana qədər hərbi əməliyyatları davam etdirəcək. Bunu Rusiya müdafiə naziri bu gün keçirdiyi brifinqdə  Sergey Şoyqu bildirib. 

Hərbi əməliyyatların başında isə Rusiya prezidenti Vladimir Putin bildirmişdi ki, Rusiyanın məqsədi Ukraynanı "demilitarizasiya və denasifikasiyaya" məcbur etməkdir.

Şoyqu isə çıxışında bildirib ki, Rusiya üçün əsas məqsəd heç də bu deyilmiş, indi də Rusiya özünü Qərb tərəfindən yaradılan təhlükədən müdafiə etmək istəyir.  

Nazir  həmçinin bir daha vurğulayıb ki, Rusiya yaşayış evlərini deyil, hərbi obyektləri bombalayır. Ukrayna tərəfi insanlardan canlı sipər kimi istifadə edir,  hərbi texnikalarını yaşayış məhəllələrində yerləşdirirlər , - nazir vurğulayıb .

Bu arada Rusiyanın xarici işlər naziri Sergey Lavrov da  Qərbi münaqişəni qızışdırmada  günahlandırıb. 

O bildirib ki, Ukraynadakı hazırki vəziyyət "Qərb ölkələrinin Kiyevdəki cinayətkar rejimi himayə etməsindən qaynaqlanıb".  O, həmçinin Avropanın dialoq əvəzinə "qeyri legitim"  yola əl atdığını vurğulayıb. 

Lavrov bildirib ki, Qərb  Rusiyaya onun təhlükəsizliyi və NATO-nun genişlənməyəcəyi ilə bağlı zəmanət vermir. 

"Qərb ölkələri əvvəllər SSRİ ərazisinə daxil olan və alyans üzvü olmayan  ölkələrin ərazilərində hərbi obyektlər yaratmaq, o cümlədən hərbi məqsədlər üçün istifadə etmək siyasətindən  imtina etməlidir", - Lavrov bu gün brifinqdə bildirib. 

Rusiya XİN başçısı AUKUS alyansını da kəskin tənqid edib. Onun sözlərinə görə, bu təşkilat nüvə silahının yayılmaması siyasətinə neqativ təsir edir, əksinə ölkələri silahlanmaya təhrik edir. Lavrovun fikrincə,  hərbi potensialı, o cümlədən nüvə silahı ilə zərbə potensialını və NATO infrastrukturunu Rusiya-NATO aktı imzalandığı 1997-ci ildəki vəziyyətə qaytarmaq lazımdır.

Rusiya fevralın 24-də Ukraynaya qarşı hərbi təcavüzə başlayıb. ÖZünü qondarma LXP və DXP dövlətlərinin müdafiəçisi adlandıran bu ölkə daha sonra qarşısına Ukraynanı "demilitarizasiya və denasifikasiyaya" məcbur etmə hədəfi qoydu. İndi isə Rusiya rəsmiləri Rusiyanı Qərb tərəfindən yaradılan təhlükədən müdafiə etdiklərini bildirirlər. 

Amma Rusiya rəsmilərinin iddiaları dünyanı təmin etmir. Bütün dünya Rusiyanı işğalçılıqda qınayır. ABŞ və Avropa ölkələri təcavüzün başladığı gündən  ardıcıllıqla Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə başladı. Ölkələr hava məkanını Rusiyanın üzünə bağladı, BP və Shell kimi aparıcı neft şirkətlərini Rusiyanı tərk etdi, Rusiya prezidenti Vladimir Putin və XİN başçısı Sergey Lavrov olmaqla yüzlərlə hökumət yetkilisinin xarici ölkələrdəki aktivləri donduruldu, ölkə SWIft beynəlxalq ödəniş sistemindən məhrum edildi, Rusiya Mərkəzi  Bankının valyuta ehtiyatlarına  sanksiya qoyuldu. 


N.Təbrizli


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol