• $
  • €
  • ₽
  • ₺
  • £

Avropa rus oliqarxlarının yaxtalarını müsadirə edir

Avropa rus oliqarxlarının yaxtalarını müsadirə edir
04.03.2022 09:47
Fransa Gömrük Xidməti Rusiya hakimiyyətində təmsil olunan şəxslərə və oliqarxlara məxsus 4 yük  gəmisini , o cümlədən bir ədəd dəbdəbəli yaxtanı müsadirə edib. Bu kimi addımlarla müxtəlif ölkələrin hakimiyyətləri Ukraynaya görə Moskvaya təzyiq etmək istəyirlər. 


Fransa gömrüyünün əməkdaşları ABŞ və Avropa İttifaqı tərəfindən aktivlərinə sanksiya qoyulmuş "Rosneft" şirkətinin rəhbəri İqor Seçinin yaxtasını o Fransanın Rivyer dəniz limanını tərk etməyə macal tapmamış müsadirə edib.

Bu hələ Qərbin Rusiyanın "xüsusi əməliyyat" adlandırdığı Ukraynaya hərbi hücumuna cavab olaraq atdığı sərt sanksiyalardan irəli gələrək atılan addımlardan biridir. 
    
Rusiya miliarderlərinin malik olduğu ən azı  beş iri yaxta Hindistan okeanında Maldiv adaları sahilində yerləşir. Bu yaxtalar sanksiyalar qoyulandan sonra ora köçürülüb. Çünki ABŞ-ın Maldivlə ekstradasiya barədə razılaşması yoxdur. 
    
Seçinin 88 metrlik "Amore Vero" yaxtası isə Fransa limanına təmir üçün gətirilmişdi və aprelin 1-ə kimi  La Syota limanında durmalı idi. 

Rosneft hələlik bu olayla bağlı şərh verməyib. 
   
Bundan qabaq Almaniyada Rusiyalı milliarder Alişer Usmanova məxsus 156 metrlik "Dilbar" yaxtasının müsadirə edilməsi barədə xəbər verilmişdi. Bu barədə məlumat Forbes-ə məxsusdur. 

Daha sonra Hamburq hökuməti  600 milyon dollar dəyərində olan bu yaxtanın müsadirəsi xəbərini təkzi etdi.    
  
Hazırda bu yaxta Blohm + Voss tərsanəsində ağ çexola bükülmüş vəziyyətdə durur. 

Alişer Usmanovun nümayəndəsi isə məsəlyə şərh bildirmək istəməyib. 
   
Rusal  şirkətinin  əsasını qoyan Oleq Deripaskaya ə Evraz-ın səhmdarı Aleksandr Abramova malik "Clio" və "Titan" yaxtaları da sanksiyadan qurtara bilib. Onların sahibləri təcili öz aktivlərini fevralın 28-də Maldiv adalarına qaçırda biliblər. Bu barədə MarineTraffic xəbər verir. 

Arxipelaqın yaxınlığında daha 3 Rusiya biznesmeninin  3 yaxtası görülüb. Onların arasında Nornikelin  ən böyük səhmdarı Vladimir Potaninin 88 metrlik "Nirvana" yaxtası da var .

Maldiv hökumətinin mətbuat katbi məsələyə hələlik münasibət bildirməyib.   


N.Təbrizli 
 



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol