• $
  • €
  • ₽
  • ₺
  • £

Finlandiya Rusiyanın yüzlərlə yük vaqonunu saxlayıb

Finlandiya Rusiyanın yüzlərlə yük vaqonunu saxlayıb
11.03.2022 23:00
Finlandiyanın dövlət dəmiryol kompaniyası (VR) ölkənin müxtəlif şəhərlərində Rusiyanın yüzlərlə yük vaqonunu dayandırıb.

AZƏRTAC RİA novosti agentliyinə istinadla xəbər verir ki, vaqonlar sanksiyaların təsiri altına düşən yüklər daşına bilməsi şübhəsi ilə saxlanılıb. Hazırda vaqonlar boşaldılmır, VR müştərilər və digər maraqlı tərəflərlə onların sonrakı taleyini aydınlaşdırır.

VR kompaniyası yüklərin Avropa İttifaqı tərəfindən Rusiyaya qarşı tətbiq olan yeni sanksiyaların təsiri altına düşüb-düşmədiyini yoxlayır. Yoxlamaların bir hissəsini fin gömrük orqanları dəniz limanlarında və boşaltma məntəqələrində aparıb. Bu yükləri sərhəddən keçirməyin mümkünlüyü barədə qərarı Finlandiya Xarici İşlər Nazirliyi verməlidir.

"Rusiya və Finlandiya arasında yüklərin dəmir yolu ilə daşınması tam dayanmasa da, xeyli azalıb. Rusiya yükləri fin limanları üzərindən praktiki olaraq daşınmır, çünki gəmiçilik kompaniyaları və beynəlxalq logistik kompaniyalar onları qəbul etməkdən imtina edirlər”, - deyə məlumatda dəqiqləşdirilir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana qarşı əməliyyatları mümkün sayır
Dünya 15:13
Tramp İrana qarşı əməliyyatları mümkün sayır
Zelenski Melaniya Trampı ordenlə təltif edib
Dünya 14:00
Zelenski Melaniya Trampı ordenlə təltif edib
ABŞ bu gün İrana zərbələr endirə bilər - KİV
Dünya 12:24
ABŞ bu gün İrana zərbələr endirə bilər - KİV
Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb
Dünya 10:58
Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Dünya 09:39
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Demokratlar Nümayəndələr Palatasında 193, respublikaçılar isə 114 mandat qazanıb
Dünya 09:32
Demokratlar Nümayəndələr Palatasında 193, respublikaçılar isə 114 mandat qazanıb
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol