• $
  • €
  • ₽
  • ₺
  • £

Çeçenistan lideri Kadirov Ukraynadadır

Çeçenistan lideri Kadirov Ukraynadadır
14.03.2022 16:53
Çeçenistan lideri Ramzan Kadirov Ukraynada olduğunu etraf edib.  Bu barədə CNN TÜRK məlumat yayıb.
 
Ukrayna-Rusiya müharibəsində Putini dəstəkləyən Çeçenistan lideri  Ramzan Kadırov Ukrayna Təhlükəsizlik Xidmətini (SBU) ələ salaraq, Ukrayna ərazisində olduğunu bəyan edib. Kadırov Ukraynanın paytaxtı Kiyevə girəcəyi zamanı gözlədiklərini açıqlayıb. O, minlərlə çeçen əsgərini rus qoşunları ilə birlikdə Ukraynaya hücum etmək üçün bu ölkəyə göndərib. Ukrayna kəşfiyyatı Kadırovun Ukraynada ola biləcəyini açıqlayandan sonra sosial media hesabında paylaşım edən prezident Kadırov ozünün Ukrayna ərazisində olduğunu açıqlayıb.

Kadırovun paylaşdığı videoda onun Çeçenistan əsgərləri ilə necə görüşdüyü və Ukrayna Təhlükəsizlik Xidmətini (SBU) lağa qoyduğu əksini tapıb.  

"Ruhi xəstəsiz Biz həmin görüntüdə Qostomeldəyik. Keçən gün Kiyev faşistlərindən 20 km aralıda idik və indi daha da yaxınlaşmışıq. İndi təxmin edin nə qədər yaxınıq? Ukrayna Təhlükəsizlik Xidməti sizin kəşfiyyaçılarınız necə işləmək lazımdır bilmir. Deyəsən, əcnəbi təlimatçılar və hərbi məsləhətçilər sizə köhnəlmiş üsulla dərs keçiblər”,  -  Kadırov yazıb.

Kadırov açıqlamasının davamında Kiyev administrasiyasını da hədələyib.
 
"Bir anlıq dincələ bilərsiniz, çünki bizi axtarmaq lazım deyil. Sizi özümüz tapacağıq. Amma çox vaxtınız yoxdur. Dəfələrlə təklif etdiyim kimi, təslim olub bizim tərəfimizə keçin, yoxsa məhvə məhkum olacaqsız. Təklif hələlikqüvvədədir. Amma bu çox çəkməyəcək”, - o bildirib.


Rusiya "Donetsk Xalq Respublikası" və "Luqansk Xalq Respublikası"nı tanıdıqdan  sonra 2022-ci il fevralın 24-də  Ukraynaya  müharibə elan edib. Çeçenistanlideri Ramzan Kadırov həmin gündən Rusiya prezidentini dəstəklədiyini bildirib.  Fevralın 26-da onun generalı Çeçenistan Milli Qvardiyasının 141-ci motoatıcı alayının rəisi Maqomed Tuşayev  Rusiya-Ukrayna müharibəsində məhv edilib. 

Tuşayevin ölümü isə beynəlxalq medianın gündəmində idi.

Səkinəxanım Məmmədova


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol