• $
  • €
  • ₽
  • ₺
  • £

Ukrayna rekordçusu Xerson uğrunda döyüşlərdə həlak olub

Ukrayna rekordçusu Xerson uğrunda döyüşlərdə həlak olub
06.04.2022 17:32
Ukraynanın atletika üzrə rekordçusu Anatoli Zeruk 55 yaşında Xerson uğrunda döyüşlərdə həlak olub. Bu barədə idmançının Vinnitsa vilayətinin Atletika Federasiyasının saytı məlumat yayıb.

Bildirilir ki, Xerson vilayətinin Oleşki uğrunda döyüşdə həlak olub.

Yaşının çox olmasına baxmayaraq, 2019-cu ildə Anatoli Ukrayna Silahlı Qüvvələrinə qoşulub və baş serjant rütbəsində xidmət edib.
 
Ukrayna Prezidentinin fərmanı ilə o, "Ukraynanın dövlət suverenliyi və ərazi bütövlüyünün müdafiəsində göstərdiyi şəxsi şücaət və fədakar fəaliyyətə, hərbi anda sədaqətinə görə” III dərəcəli "İgidliyə görə” ordeni (ölümündən sonra) ilə təltif edilib.
 
Anatoli Zeruk  27 noyabr 1967-ci ildə Jitomir vilayətinin Ovruç rayonunun Poyaski kəndində anadan olub. 1993-cü ildən atletika üzrə Ukrayna çempionatlarında, 1996-2005-ci illərdə isə marafonlarda iştirak edib. O, beynəlxalq dərəcəli idman ustası, beynəlxalq yarışların dəfələrlə qalibi və mükafatçısıdır - xüsusən 1999-cu ildə Enşede marafonunda qalib gəlmiş, 2004-cü ildə isə Strasburqda ən yaxşısı olmuşdur. 1998-ci ildə Hamburqda keçirilən marafon yarışında o, məsafəni 2:11:50 saniyəyə qət edərək, Ukrayna rekordunu yeniləyib.
 
Həmçinin  tanınmış boksçu və uşaq məşqçisi Aleksey Djunkovski İrpində idman zalında güllələnib , futbolçu Aleksandr Suxenko və valideynlərinin  cəsədləri Buça yaxınlığındakı kütləvi məzarlıqda tapılıb.
 
Aytac Zeynalova




www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol