• $
  • €
  • ₽
  • ₺
  • £

Mariupolda döyüşən britaniyalı “təslim olmağa məcbur olub”

Mariupolda döyüşən britaniyalı “təslim olmağa məcbur olub”
13.04.2022 17:31
Ukrayna ordusunda döyüşən britaniyalı Aiden Aslin Rusiya qüvvələrinə təslim olmaq məcburiyyətində qalıb. Bunu o, valideynlərinə bildirib. 
 
Nottingemşir ştatının Nyuark şəhərindən olan Aiden Aslin 2018-ci ildə Ukraynaya köçüb və bu ölkə ordusunda dəniz piyadası kimi xidmətə başlayıb. Müharibə başlayandan sonra o, Ukrayna silahlı qüvvələri tərkibində Rusiyaya qarşı döyüşlərdə iştirak edib. 
 
Onun bölməsi son vaxtlar mühasirədə olan və Rusiyanın şiddətli bombardmanlarına məruz qalan Mariupol şəhərini müdafiə edir.

Anası Anq Vud oğlunun başqa seçimi olmadığını söyləyib.

"O, mənə zəng etdi və dedi ki, döyüşmək üçün silahları qalmayıb. Oğlumu sevirəm, o mənim qəhrəmanımdır - onlar böyük mübarizə apardılar", - ana bildirib. 
 
Vud əvvəllər Suriyada qondarma İslam Dövlətinə qarşı döyüşmüş oğlunun "yaxşı göründüyünü" və  Böyük Britaniya hökumətini Ukraynaya daha çox dəstək verməyə çağırdığını söylədi.

"Boris Conson  Putinin qarşısını almalıdır”,  -  qadın əlavə edib.

Cənab Aslinin dostu Brenan Filips onunla telefonla danışıb və deyir ki, Aslin güclüdür və əhval-ruhiyyəsi yaxşıdır.

"O, mənə zəng etdi və dedi ki, nə yemək, nə təchizat, nə də döyüş sursatımız yoxdur. Biz tamamilə mühasirəyə alınmışıq, təslim olmalıyıq.  iden baş verənlərdən çox yaxşı xəbərdar idi. Onlar çölə çıxa bilmir, müqavimət göstərə bilmir, buna görə də  başqa seçimləri yox idi. Əminəm ki, əgər onların bir gülləsi qalsaydı, onu vurardılar”,  -  Filips  deyib.

Səkinəxanım Məmmədova



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol