• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya hücuma hazırlaşır, yoxsa artıq gücü tükənib? - ŞƏRH

Rusiya hücuma hazırlaşır, yoxsa artıq gücü tükənib? - ŞƏRH
19.04.2022 07:36
Rusiya ordusu Qilyapol və Nikolayev şəhərlərinə hücum edir. Bu barədə yerli hakimiyyət orqanları bildirir. Qulyaipol atəşə tutulub, şəhərətrafı qəsəbələrdə şiddətli döyüşlər gedir.

Nikolaev şəhərinin meri Aleksandr Senkeviçin sözlərinə görə, şəhərdə partlayış səsləri eşidilir. UNIAN agentliyi isə şəhərə raket hücumları edildiyi barədə məlumat verir.

Ukrayna prezidentinin müşaviri Aleksey Arestoviç bildirib ki, şərqdə Rusiya qoşunlarının əsas səyləri hazırda Rubijne, Popasnaya və Severodonetsk şəhərlərinə yönəlib. 

"Düşmənin məqsədi bəllidir, lakin Ukrayna layiqli cavab verir. Bu gün onlar Kremennoyu aldıqlarını elan etdilər, əslində heç nə almayıblar, adi küçə döyüşləri gedir. Onlar yuxarıda qeyd olunan şəhərləri "materik"dən ayırmaq istəyirlər. Bu, Luqansk vilayətinin kənarıdır, onlar  qoşunlarımızı mühasirəyə almaq istəyir. İkinci istiqamət İzyumdan Luqansk və Kramatorsk istiqamətindədir”, - Arestoviç izah edir.

Ukrayna hakimiyyəti Rusiya qoşunlarının Ukraynanın şərqinə gözlənilən hücumunun başladığını bildirsə də hərbi analitiklər baş verənləri daha böyük bir hücum üçün davam edən hazırlıq kimi dəyərləndirir. Bunu ABŞ-ın New York Times qəzeti yazır.

Rusiya şəhərlərin, infrastrukturun və cəbhə xəttinin təxminən 500 kilometrliyindəki döyüş mövqelərinin atəşə tutulmasını gücləndirib, quru qoşunları isə hücuma keçib.

Müşahidəçilər isə qeyd edirlər ki, Rusiya Donbasa qoşun və silah toplamaqda davam edir və bazar ertəsi qoşunların hərəkəti gözlənilən genişmiqyaslı hücumdan daha zəifdir. 

"Bu, dörd gün davam edir və sadəcə olaraq intensivliyi artırırlar. Ümumiyyətlə, bəli, ümumi mənzərə hücumun başladığını və yaxın günlərdə daha da güclənəcəyini təsdiqləyir”, - qəzet Ukrayna komandanlığının nümayəndəsindən sitat gətirir.

Pentaqonun sözçüsü Con Kirbi də bildirib ki, Rusiya komandanlığı daha geniş hücuma hazırlaşır.

Təhlilçilər hesab edirlər ki, atəşə tutulanların bir hissəsi Donbasda əlavə qüvvələrin qarşısını almaq üçün Xarkov və digər şəhərlərdə Ukrayna bölmələrini susdurmaq məqsədi daşıyır.

NYT qeyd edir ki, şəxsi heyət və silah itkilərinə, o cümlədən logistika ilə bağlı aşkar problemlərə baxmayaraq, Rusiyanın silah ehtiyatı hələ də Ukraynadan çoxdur.

Bununla belə, Arlinqtondakı CNA İnstitutunun Rusiya tədqiqatları üzrə direktoru Maykl Kofmanın bir az fərqli baxışı var.

"Düşünürəm ki, Donbassda nə baş verirsə etsin, Rusiya ordusu artıq tükənib. Növbəti hücum göründüyündən daha az həlledicidir”, - o deyib. 

N.Təbrizli

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Dünya 09:39
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Demokratlar Nümayəndələr Palatasında 193, respublikaçılar isə 114 mandat qazanıb
Dünya 09:32
Demokratlar Nümayəndələr Palatasında 193, respublikaçılar isə 114 mandat qazanıb
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol