• $
  • €
  • ₽
  • ₺
  • £

Peykdən görüntülər - Mariupolda kütləvi məzarlıqlar qazılır

Peykdən görüntülər - Mariupolda kütləvi məzarlıqlar qazılır
22.04.2022 18:09
Peyk görüntüləri mühasirəyə alınan Mariupol şəhərinin yaxınlığında kütləvi məzarlıqların qazıldığını göstərir, bu barədə Amerika Birləşmiş Ştatların peyk şirkətlərindən olan "Maxar Technologies Inc.,” məlumat yayıb.

Rusiya qüvvələrinin nəzarətində olan Mariupol yaxınlığında ümumi 200-ə yaxın kütləvi məzar yeri müəyyən etdiyini bildirib.

Şirkətin yaydığı şəkillərdən aydın olur ki, martın sonundan qazılmağa başlayan məzarların sayı get-gedə artır.

Ukrayna rəsmiləri Rusiyanı mülki əhalini öldürməkdə təqsirləndirirlər.

Bildirilir ki, böyük ehtimal həmin məzarlıqlar Mariupolun rus əsgərləri tərəfindən öldürülən dinc sakinlərinə aiddir.
 
Mariupol şəhər şurası daha əvvəl öz bəyanatını yayaraq rusları həmin ərazidə dinc sakinləri dəfn etməkdə ittiham etmişdi. Şura rusların xəndəklər qazdığını və "cəsədləri gətirmək üçün zibillik maşınlarından istifadə etdiyini” söyləmişdi.

"Həmin ərazi yaxınlıqdakı qəbiristanlıqdan da iki dəfə böyükdür”, – bəyanatda bildirilirdi. Şəhərin meri Vadim Boyçenko ehtimal edir ki, Mariupolda on minlərlə dinc sakin həlak olub.

Moskva bu ittihama hələ ki cavab verməyib. Lakin daha öncə Kiyev yaxınlığındakı Buça adlanan ərazidə mülki əhalinin öldürülməsi ilə bağlı demişdilər ki, Rusiya əsgərləri dinc əhaliyə silah çəkməyib. Buçada kütləvi məzarlıqların olduğu barədə məlumat artıq martın 13-də yayılmışdı. Müharibə müddətində məzarlıqda 67 mülki şəxs dəfn olunub. Şəhərin meri Anatoli Fedorukun sözlərinə görə, şəhərdəki kütləvi məzarlıqda dəfn olunanların sayı 280 nəfərə çatıb.
 
Federok AFP-ə verdiyi açıqlamada Buça küçələrinin meyitlərlə dolu olduğunu bildirib. Onun sözlərinə görə, insanlar başından güllələnərək öldürülüb. Həlak olan mülkilərin sayı artıq 300 nəfərdir. Ölənlərin arasında qadınlar, qocalar və azyaşlı uşaqlar da var.
 
Aprelin 1-də Kiyev yaxınlığındakı Buça şəhərini Rusiya qoşunlarından azad edən Ukrayna ordusu binaları dağıdılmış, meyitlərlə dolu şəhərlə qarşılaşıb. Kiyev yaxınlığında azad edilmiş yaşayış məntəqələrində 410 mülki şəxsin cəsədi tapılıb. Cəsədlərin fotoları qısa müddətdə yayılıb və bir çox ölkə rəsmisi bu fotolara reaksiya verib.
 
Rusiya Müdafiə Nazirliyi (MN) Buçanın geniş görüntülərinin "saxta" olduğunu iddia edərək, şəhərin Rusiya tərəfindən işğalı zamanı "heç bir yerli sakinin zorakılıqdan əziyyət çəkmədiyini" bildirib. "Kiyev vilayətinin yaşayış məntəqələrində Rusiya hərbçiləri mülki şəxslərə 452 ton humanitar yardım çatdırıblar”, - Rusiya MN bildirib.
 

2022-ci il fevralın 24-də Rusiya Silahlı Qüvvələri Ukraynaya şərq, cənub və şimal istiqamətindən hücuma başlayıb. Hücum indiyə kimi davam edir.


Ləman Qasımova


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol