• $
  • €
  • ₽
  • ₺
  • £

Kolumbiyada prezident seçkiləri keçirilir

Kolumbiyada prezident seçkiləri keçirilir
29.05.2022 20:30
Bu gün Kolumbiyada 2021-ci ilin sosial etirazlar fonunda prezident seçkiləri keçirilir.
 
Hazırkı dövlət başçısı İvan Duke seçkilərdə iştirak edə bilməz, çünki respublika prezidenti yenidən seçilmək hüququ olmadan dörd il müddətinə seçilir. Səsvermə nəticəsində namizədlərdən heç biri 50 faizdən çox səs toplaya bilməsə, seçkilərin ikinci turu iyunun 19-da keçiriləcək.
 
Bu gün 39 milyondan çox kolumbiyalı dörd namizəd arasında 2022-2026-cı illər üçün prezident seçir.
 
Milli Konsaltinq Mərkəzinin mayın 19-da dərc etdiyi sorğunun nəticələrinə görə, iqtisadiyyat, korrupsiya, vətəndaşların təhlükəsizliyi və işsizlik vətəndaşları narahat edən dörd əsas problemdir.
 
Milli Statistika Departamentinin məlumatına əsasən, 2020-ci ildə yoxsulluq səviyyəsi 42,5 faiz təşkil edib ki, bu da 21,2 milyon insan deməkdir. Seçki Müşahidə Missiyası üçün bu seçkilər son on ilin ən şiddətli seçkisidir və ölkənin bələdiyyələrinin üçdəbiri (375) seçki prosesinə təsir edən zorakılıq aktları ilə üzləşə bilərlər. Hökumət seçki məntəqələrini mühafizə etmək üçün 221 min hərbçi ayırıb, daha 80 min əsgər isə əlavə olaraq gözləmə rejimindədir

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol