Ukrayna BMF xətti ilə Almaniyadan 1 milyard avro alacaq

Almaniya Ukraynaya 1 milyard avro dəyərində qrant yardımı təqdim edəcək. Bu vəsait Beynəlxalq Valyuta Fondunun (BVF) inzibati hesab mexanizmi vasitəsilə yönəldiləcək.
"Report” "RBC-Ukraine” agentliyinə istinadən xəbər verir ki, hökumətlər arasında sazişi Ukraynanın maliyyə naziri Sergey Marçenko və Almaniyanın maliyyə naziri Kristian Lindner imzalayıblar.
Vəsaitin yaxın zamanda təqdim ediləcəyi gözlənilir.
www.anews.az
Son xəbərlər 
Daha çox 























