• $
  • €
  • ₽
  • ₺
  • £

Onun yaxşı niyyəti yoxdur - Ərdoğandan mesaj

Onun yaxşı niyyəti yoxdur - Ərdoğandan mesaj
01.07.2022 14:08
Yunanıstanın Baş nazirinin yaxşı niyyəti yoxdur. Əgər yaxşı niyyəti olsaydı, bu addımları atmazdı. Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammitindən sonra jurnalistlərin Yunanıstan ilə münasibət barədə sualına cavab olaraq deyib. 
 
Prezident Rəcəb Tayyib Ərdoğanın İspaniyanın paytaxtı Madriddə keçirilən NATO Dövlət və Hökumət Başçıları Zirvəsi çərçivəsində görüşləri başa çatıb. Təyyarədə jurnalistlərlə görüşən Prezident Ərdoğan gündəmlə bağlı sualları cavablayıb.

"Bir müddətdir ki, Yunanıstanla münasibətlərdə gərgin dövr davam edir. Siz də çox açıq açıqlamalar verdiniz və ən əsas məsələ artıq adaların silahlandırılması məsələsini bildirdiniz. Sizcə, bu məqamdakı mesajlarınız Yunanıstan tərəfindən kifayət qədər başa düşülürmü? Abdülhəmid Han gəmimiz son donanmaya qatıldı. Şərqi Aralıq dənizində xüsusilə Kipr sahillərində qazma işləri aparacaqmı?", - jurnalist soruşub.
 
Ərdoğan deyib ki, Yunanıstanın başında duran şəxsin münasibəti artıq müəyyənləşib.
 
"NATO zirvəsində bütün liderlərin "Vasitəçi olaq, sizi Yunanıstanla bir araya gətirək” təklifi oldu. Biz isə "Üzrlü sayın, hələlik buna ayıracaq vaxtımız yoxdur” dedik", - o dedi.

Türkiyənin dövlət başçısı vurğulayıb ki, Yunanıstanın hazırda adaları necə silahlandırdıqları göz qabağındadır.
 
"Digər tərəfdən, hava məkanımızı daim pozurlar. İndi bizimlə birləşəcək olan hava məkanımızı pozaraq bizi təxribat edəcəkmi?
 
Hələ üstəlik adalara da gedir. Oradan beton sığınacaqlar tikərək, çuxurlar qazaraq siqnal verməyə çalışır. Onun yaxşı niyyəti yoxdur. Əgər yaxşı niyyəti olsaydı, bu addımları atmazdı. Bütün bunları o etdiyi üçün, üzrlü saysın, biz bu il Yüksək Səviyyəli Strateji Şuranın iclasını keçirə bilmərik və keçirməyəcəyik. O artıq indi Türkiyədəki prosesləri gözləməlidir. Qoy özünə çəki-düzən versin. Özünü yığışdırmayandan sonra bir araya gəlməyimiz mümkün deyil", - o əlavə etdi.
 
İyunun 29-da İspaniyanın paytaxtı Madriddə NATO sammiti öz işinə başlayıb. Sammitdə alyansa üzv olan 30 ölkənin liderləri iştirak edib.

Ləman Qasımova

 





www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol