• $
  • €
  • ₽
  • ₺
  • £

Avropada meymunçiçəyinin sayı artdı - RƏQƏMLƏR

Avropada meymunçiçəyinin sayı artdı - RƏQƏMLƏR
07.07.2022 12:41
58 ölkədə 6000-dən çox meymun çiçəyi xəstəliyi qeydə alınıb ki, onlardan 80%-dən çoxu Avropadadır. Bu barədə Təşkilatın Baş direktoru Tedros Adhanom Qebreyesus hesabatında bildirib.

Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının bu ayın sonunda bu xəstəliklə bağlı qlobal səviyyədə fövqəladə vəziyyət elan edib-etməməsini müəyyən edəcəyi gözlənilir.

"Mən virusun miqyasından və dünyada yayılmasından narahat olmağa davam edirəm", - o deyib.

ÜST-ün Avropa üzrə regional direktoru Hans Henri P. Klaq isə əlavə edib ki,  virusun əksər halları 21-40 yaşlı, çoxu başqa kişilərlə cinsi əlaqədə olan kişilərdə aşkar edilib.
 
Son 10 gün ərzində dünyada meymunçiçəyindən iki yeni ölüm faktı qeydə alınıb.

"İyunun 27-də açıqlanan son hesabatdan sonra dünyada 2 614 yeni yoluxma (77% artım) və 2 ölüm faktı qeydə alınıb", -  təşkilatın hesabatında deyilir.

Bu günədək meymunçiçəyindən ölənlərin sayı üç nəfər təşkil edib. Hər üç ölüm Afrikada qeydə alınıb.

Cari ilin iyunun 23-də Dünya Səhiyyə Təşkilatı meymunçiçəyini pandemiya elan edib.
 
Meymunçiçəyi nədir? 

Meymun çiçəyi infeksiyası təbii çiçək xəstəliyi ilə eyni ailəyə mənsub viruslara aid olsa da, o qədər aqressiv deyil və mütəxəssislər ona yoluxma ehtimalının aşağı olduğunu hesab edirlər.Bu infeksiyanın mənbəyi əsasən mərkəzi və qərbi Afrika ölkələrinin ucqar hissələrində, tropik yağış meşələrinin yaxınlığında yerləşir. Virusun iki əsas növü var - Qərbi Afrika və Mərkəzi Afrika. İlkin simptomlara qızdırma, baş ağrısı, şişkinlik, bel ağrısı, əzələ ağrısı və ümumi halsızlıq daxildir. Qızdırma keçdikdən sonra səpgilər əmələ gələ bilər. Onlar adətən üzdən başlayır və sonra bədənin digər hissələrinə, daha çox ovuclara və ayaqların altına yayılır. Kəskin qaşıntıya səbəb olan səpgilər müxtəlif mərhələlərdən keçir və qabıq qoyandan sonra azala bilər. Onlar həmçinin dəridə izlər buraxa bilər. Adətən 14-21 gün davam edən xəstəlik öz-özünə səngiyir.

Epidemiyalar nə qədər yayğındır?


Virus ilk dəfə meymunda aşkar edilib və 1970-ci ildən bəri 10 Afrika ölkəsində sporadik epidemiyalar qeydə alınıb. Afrikadan kənarda xəstəliyin ilk yayılması halı 2003-cü ildə ABŞ-da qeydə alınıb. O vaxt virus xırda məməlilərdən yoluxan çöl itləri ilə yaxın təmas vasitəsilə yayılıb.Q eydə alınan 81 hadisə nəticəsində ölən olmayıb.İ ndiyədək məlum olan ən böyük epidemiya 2017-ci ildə Nigeriyada baş verib. Burada 172 şübhəli hadisə olub. Yoluxanların 75 %-i 21-40 yaş arası kişilər olub.

Avropada ilk dəfə İngiltərədə təsbit edilən meymun çiçəyi virusu üç həftə ərzində bütün qitələrə yayılmağa başlayıb. Daha sonra İspaniya, Portuqaliya, Almaniya, Belçika, Fransa, Hollandiya, Finlandiya, İtalya ve İsveçin ardınca İsveçrə, Avstralya, Gürcüstanda da meymun çiçəyi virusuna yoluxanlar olub. Türkiyədə də ilk yoluxma aşkarlanıb.  Azərbaycanda isə rəsmi mənbələrə görə, bu virusa yoluxma halı qeydə alınmayıb.
 
Ləman Qasımova 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Dünya 09:39
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Demokratlar Nümayəndələr Palatasında 193, respublikaçılar isə 114 mandat qazanıb
Dünya 09:32
Demokratlar Nümayəndələr Palatasında 193, respublikaçılar isə 114 mandat qazanıb
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol