• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya daha beş ölkəni qara siyahıya saldı

Rusiya daha beş ölkəni qara siyahıya saldı
22.07.2022 13:28
Rusiya hökuməti dost olmayan dövlətlərin siyahısını genişləndirib. İndi Yunanıstan, Danimarka, Sloveniya, Slovakiya və Xorvatiya daxildir. Müvafiq sənəd hökumətin saytında dərc olunub.

"Hökumət Rusiyanın xaricdəki diplomatik və konsulluq nümayəndəliklərinə qarşı qeyri-dost hərəkətlər edən xarici dövlətlərin siyahısını yeniləyib. Siyahıya Yunanıstan, Danimarka, Slovakiya, Sloveniya və Xorvatiya daxildir.

Rusiya prezidenti Vladimir Putinin fərmanına əsasən, Yunanıstan, Danimarka və Slovakiyanın Rusiyada yerləşən səfirlik, konsulluq və dövlət orqanlarının nümayəndəliklərində işçi qəbulu imkanları məhdudlaşdırılacaq.

Sloveniya və Xorvatiyanın diplomatik nümayəndəliklərində və konsulluq idarələrində işçi götürə bilməyəcəyi dəqiqləşdirilir.

Mart ayında Rusiya hökuməti ABŞ, Kanada, Aİ ölkələri, Böyük Britaniya, Ukrayna, Yaponiya, Cənubi Koreya və başqalarının daxil olduğu qeyri-dost ölkələrin siyahısını təsdiqləyib.
 
Martın 7-də Rusiya hökuməti Rusiya Federasiyasına, onun fiziki və hüquqi şəxslərinə qarşı qeyri-dost hərəkətlər edən xarici dövlətlərin və ərazilərin siyahısını təsdiqləyib. Bu barədə müvafiq sərəncam artıq imzalanıb.

Siyahıya ABŞ və Kanada, Avropa İttifaqı ölkələri, Böyük Britaniya və onun ada əraziləri, Ukrayna, Monteneqro, İsveçrə, Albaniya, Andorra, İslandiya, Lixtenşteyn, Monako, Norveç, San Marino, Şimali Makedoniya daxildir.

Siyahıya Asiya dövlətləri də daxildir: Yaponiya, Cənubi Koreya, Avstraliya, Mikroneziya, Yeni Zelandiya, Sinqapur və Tayvan.

Martın 5-də Rusiya prezidenti Vladimir Putin Nazirlər Kabinetinə iki gün ərzində dost olmayan ölkələrin siyahısını tərtib etməyi tapşırıb.

Fevralın sonunda ABŞ və Avropa İttifaqı Rusiya hakimiyyətinə, xüsusən də Rusiya prezidenti Vladimir Putinə, müdafiə naziri Sergey Şoyquya və xarici işlər naziri Sergey Lavrova və Rusiya şirkətlərinə qarşı məhdudiyyətlər qoyub. Aİ həmçinin Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevə və daxili işlər naziri Vladimir Kolokoltsevə, habelə bəzi müdafiə müəssisələrinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edib.
 
Gülnar 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol