• $
  • €
  • ₽
  • ₺
  • £

Bu il Ermənistanda ölən hərbçilərin sayı açıqlanıb

Bu il Ermənistanda ölən hərbçilərin sayı açıqlanıb
09.08.2022 09:13
Cari ilin yanvar-avqustu ərzində Ermənistan ordusunun 19 hərbçisi qeyri-döyüş şəraitində ölüb.

 Ermənistan mətbuatı xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğundakı mənbə bildirib.

Onlardan 11-i hərbi xidmət zamanı, qalanları isə naməlum şəraitdə ölüb. Məlumata görə, yanvarda Ermənistan ordusunun 4, fevralda 3 hərbçisi naməlum şəraitdə ölüb.

Martın 17-də 19 yaşlı çağırışçı Eduard Rüstəmyan naməlum şəraitdə ölüb. Həmin gün daha bir hərbi çağırışçı Albert Siroyan da qeyri-müəyyən şəraitdə dünyasını dəyişib.

Apreldə 3 erməni hərbçinin ölümü qeydə alınıb. Aprelin 28-də Ermənistan ordusunun əsgəri hərbçi yoldaşı tərəfindən güllələnərək qətlə yetirilib. N saylı hərbi hissənin müddətli həqiqi hərbi xidmət qulluqçusu, 2002-ci il təvəllüdlü Samvel Sanoyan hərbçi yoldaşı tərəfindən güllələnib.

İyulun 17-də 2-ci dərəcəli termiki yanıq xəsarəti ilə Zəngəzur qarnizonu hospitalına yerləşdirilən erməni əsgər Palyan Poqosyan iyulun 26-da ölüb. Ermənistanın Müdafiə Nazirliyi əsgərin ağır yanıq xəsarətləri alması barədə məlumatı gizlədərək, bunu ancaq iyulun 26-da açıqlayıb.

Təkcə avqustun 4-dən 7-dək üç erməni hərbçi qeyri-döyüş şəraitində ölüb. Avqustun 4-nə keçən gecə Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin üç aylıq təlim-məşq toplanışının üzvü, sıravi Atom Arutyunyan naməlum şəraitdə ölüb.

Avqustun 7-də N saylı hərbi hissənin hərbi qulluqçusu Arşaluys Ovannisyan naməlum şəraitdə ölüb. Onun ölüm səbəbi açıqlanmayıb.
Şirak rayon sakini, 31 yaşlı Azat M. Göyçə (Sevan) gölündə ölüb. Yerli mətbuatın araşdırması zamanı onun hərbi qulluqçu olduğu üzə çıxıb.

"4rd.am" saytı isə cari ilin 8 ayı ərzində Ermənistan silahlı qüvvələrinin 19 yox, 28 hərbçisinin qeyri-döyüş şəratində öldüyünü xəbər verib. Qeyd edilir ki, 16 hərbçi xidmət zamanı, 12 hərbi qulluqçu isə naməlum şəraitdə dünyasını dəyişib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol