• $
  • €
  • ₽
  • ₺
  • £

İranda 5 edam məhkumu əfv edilib

İranda 5 edam məhkumu əfv edilib
12.09.2022 11:12
İranda 5 məhbus qətlə yetirdikləri şəxslərin ailələri tərəfindən əfv edilərək dar ağacından xilas olublar. Bu barədə ölkənin yerli agentliyi İRNA məlumat yayıb. 


Ölkənin Ədliyyə İdarəsinin rəisi Nasir Ətəbatinin sözlərinə görə, sözügedən məhbuslar uzun illər idi ki, həbsxanada edam gözləyirdilər. Lakin  ixtilafları həll etmə şurasının cəhdləri, eləcə də ağ saqqallar, din xadimləri və nüfuz sahibi şəxslərin vasitəçiliyi ilə tərəflər arasında razılıq əldə edilib.


Edama məhkum olunacaq şəxslər qarşı tərəfə təzminat olaraq "diyə" ödəyəcək. 


2021-ci ildə İranda əhali sayına görə edam hallarının ən çox olduğu vilayətlər siyahısında türklərin əksəriyyətdə olduğu Qəzvin və Zəncan vilayətləri 3-cü, Ərdəbil vilayəti isə 4-cü yeri tutur.

İran İnsan Haqları Təşkilatının məlumatına görə, mövcud statistika göstərir ki, son 30 ildə dünyada uşaq edamlarının 70 faizi İranda həyata keçirilib.

BMT baş katibinin insan haqları üzrə müavini Nada əl-Naşif iyunun 31-də Antonio Quterreşin İranla bağlı son hesabatını BMT-nin İnsan Haqları Şurasına təqdim edib. O, 2020-ci ildə İranda 260 məhkumun edam edildiyini, bunun 2021-ci ildə 14-ü qadın olmaqla 310 nəfərə çatdığını söyləyib.


BMT baş katibinin insan haqları üzrə müavini daha sonra bu artım tendensiyanın davam etdiyini və təkcə 2022-ci ilin birinci rübündə, yəni yanvarın 1-dən martın 20-dək İslam Respublikasında ən azı 105 nəfərin edam hökmünün icra olunduğunu və onların bir çoxunun azlıq qruplarına mənsub olduqlarını bildirib.


İslam Respublikasında qəbul olunan qanuna əsasən, qeyri haram aylarda olan diyənin kamil həddi 210 milyon tümən (təxminən 100 min azn) təşkil edir.

Ləman
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol