• $
  • €
  • ₽
  • ₺
  • £

Koronavirusun yeni ştamlarının yaranması gözlənilir - ÜST

Koronavirusun yeni ştamlarının yaranması gözlənilir - ÜST
18.09.2022 18:40
Dünyada səhiyyə sistemləri koronavirusun yeni, daha təhlükəli ştamının yaranmasına reaksiya verməyə hazır olmalıdır.
 
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fövqəladə vəziyyətlərə dair proqramının direktoru Maykl Rayan bunu Cenevrədə bəyan edib. Rayan ÜST-nin tvitter şəbəkəsi vasitəsilə translyasiya edilən ənənəvi sual-cavab seansında çıxış edib.
 
Rayan dünyada COVID-19-a qarşı mübarizədə vəziyyətin yaxşılaşmasına diqqəti cəlb edib və eyni zamanda qeyd edib ki, Planetimizin əhalisinin xeyli hissəsi hələ vaksinasiya edilməyib.
 
O deyib: "Bu virusun təkamülünün necə davam edəcəyini bilmirik”.
 
O daha sonra əlavə edib ki, testlərin və genom tədqiqatlarının azalması səbəbindən yeni variantı tez aşkar etmək və ona xarakteristika vermək imkanı itirilib. Rayan fikrini dəqiqləşdirərək söyləyib: "Daha yoluxucu və virulent olan yeni ştamın yaranması bizi geri çəkilməyə vadar edə bilər. Biz sayıqlığı qorumalıyıq. Səhiyyə sistemləri buna reaksiya verməyə hazır olmalıdırlar. Əgər koronavirusun yeni varıantı əmələ gələrsə, onu xarakterizə etmək üçün qat-qat çox vaxt lazım gələ bilər.
 
Sentyabrın 15-nə olan məlumata görə, koronavirus pandemiyası başlanandan bəri ÜST-yə 607.745.726 yoluxma və 6.498.747 ölüm faktı barədə informasiya daxil olub.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol