• $
  • €
  • ₽
  • ₺
  • £

Ukrayna Rusiyadan geri aldığı ərazilərdə itkilərini axtarır

Ukrayna Rusiyadan geri aldığı ərazilərdə itkilərini axtarır
19.09.2022 11:31
Ukrayna avqutun əvvəlindən Rusiyadan geri aldığı ölkənin şimal-şərqindəki İzyum və digər şəhərlərdəki döyüşlərdə həlak olanları axtarıb. Bu barədə İzyum meri Valeri Marçenko dövlət televiziyasına bildirib.
 
 O, bildirib ki, eksqumasiya aparılır, qəbirlər qazılır və bütün qalıqlar Xarkiva aparılır.

"İş daha iki həftə davam edəcək", - Marçenko əlavə edib.

Ukrayna prezidenti Vladimir Zelenski şənbə günü bildirib ki, müstəntiqlər Rusiyanın aylardır saxladığı Xarkiv vilayətinin şimal-şərqində Ukraynanın geri aldığı 20-dən çox şəhərdən biri olan İzyumda dəfn edilən bəzi əsgərlərə qarşı işgəncələrə dair yeni sübutlar aşkar edib. Onun sözlərinə görə, bir yerdə 17 cəsəd tapılıb, onlardan bəzilərində işgəncə izləri var.

Ukrayna rəsmiləri keçən həftə İzyum yaxınlığındakı meşəlik ərazilərdə 440 cəsədin aşkar edildiyini bildirib. Ölənlərin mülki şəxslər olduğu təsbit edilən kəşfin müharibə cinayətlərinin Rusiya qüvvələri tərəfindən törədildiyini sübut etdiyini deyib.

Xarkiv vilayəti üzrə prokurorluğun rəisi Oleksandr İlienkov Reuters xəbər agentliyinə bildirib ki, əlləri bağlı cəsədlərdən birində boyun ətrafında ip aşkar edilib.

Cəsədlərin məhkəmə-tibbi ekspertizası davam edir.

Moskva təxminən 7 aya yaxın davam edən işğalı zamanı mülki şəxsləri hədəf aldığını dəfələrlə inkar edib. Kreml məzarların tapılması ilə bağlı heç bir açıqlama verməyib.

Bu ayın əvvəlində Xarkiv vilayətini tərk edən rusiyapərəst administrasiyanın rəhbəri ukraynalıları İzyumda vəhşiliklər törətməkdə ittiham edib.
 
Rusiya cari ilin fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.
 
Aytac Zeynalova

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol