• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya Zaporojye şəhərini raket atəşinə tutub

Rusiya Zaporojye şəhərini raket atəşinə tutub
11.10.2022 10:02
Rusiya oktyabrın 10-da səhər saatlarında Ukraynanın Zaporojye şəhərinin mərkəzinə raket zərbələri endirib. Bunu Zaporojye Hərbi Administrasiyasının rəhbəri Oleksandr Starux bildirib.

Starux qeyd edib ki, hücum zamanı infrastruktur obyektləri hədəfə alınıb.

Onun sözlərinə görə, dağıntı və tələfatla bağlı araşdırma aparılır.

'Rusiyanın hücumu zamanı ictimai iaşə obyektlərinə, o cümlədən təhsil və tibbi müəssisələrinə, yaşayış binalarına ziyan dəyib', - o deyib.
 
Rusiyanın oktyabrın 10-da Ukraynanın paytaxtı Kiyev şəhərini və bir neçə vilayəti raket atəşinə tutması nəticəsində ölənlərin sayı 19 nəfərə, yaralıların sayı isə 105-ə çatıb. Rusiya raketləri Ukrayna paytaxtı Kiyevlə yanaşı, ölkənin 12 vilayətində mühüm obyektlərə və mülki infrastruktura düşüb. Nəticədə 30-dan artıq yanğın baş verib. Kiyev, Lvov, Sumı, Ternopil və Xmelnitski vilayətlərində 301 yaşayış məntəqəsində elektrik enerjisi kəsilib. Oktyabrın 10-da Rusiyanın Ukrayna paytaxtı Kiyev şəhəri və başqa vilayətlərə raket hücumu nəticəsində 70-ə yaxın obyektə ziyan dəyidiyi bildirilmişdi. Hücum 29 strateji infrastruktur obyekti, 4 çoxmərtəbəli bina, 35 fərdi yaşayış evi və 1 məktəb zərər görüb.

Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım Muxtar Respublikasını ilhaq edib. Bundan sonra Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlara başlayıb. 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.

Rusiya cari ilin fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.

Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.

Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni "xüsusi hərbi əməliyyat" adlandırır. Bundan başqa "müharibə" sözündən istifadə edənlər, "müharibəyə yox" deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.

Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yarımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.
 
Ləman

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol