• $
  • €
  • ₽
  • ₺
  • £

İsveçrədə niqablı qadınlara cərimə yazılacaq

İsveçrədə niqablı qadınlara cərimə yazılacaq
14.10.2022 10:12
İsveçrədə ictimai yerlərdə üzü örtən dini geyimlərlə bağlı qadağanı pozan qadınları cərimə olunacaq. Bu barədə "Aljazeera"xəbər verir ki, belə geyimlərlə ictimaiyyət arasına çıxan xanımlar üçün 1000 İsveçrə frankı (1001,32 dollar, 1703,08 azn) məbləğində cərimə nəzərdə tutan qanun layihəsi parlamentə göndərilib.

 2021-ci ilin martında İsveçrədə referendum keçirilib və ictimai yerlərdə, o cümlədən nəqliyyatda, restoran və mağazalarda üzün gizlədilməsinə qadağa təklifi qəbul olunub. Qərarı ölkə vətəndaşlarının 51,2 faizi dəstəkləyib.

İsveç hökümətinin rəsmiləri bildirir ki, bu, ictimai təhlükəsizliyi və asayişi təmin etmək üçün daha məqsədəuyğundur. Cəza prioritet deyil.

Qanun layihəsinə görə, ictimai yerdə üzü gizlətmək qadağandır. Gözlər, burun və ağız görünməlidir. Müsəlman qadın hicab geyinə bilər. Ancaq bütün bədəni örtən və sadəcə gözləri göstərən niqab taxa bilməz.

Qadağa ictimaiyyət üçün əlçatan olan bütün ictimai və ya özəl məkanlarda tətbiq edilir. Bunlara məktəblər, məhkəmələr, xəstəxanalar və ictimai nəqliyyatla yanaşı, restoranlar, mağazalar, kinoteatrlar və idman zalları daxildir.

Qanunda bir neçə istisna halları nəzərdə tutulur. Məsələn, təyyarədə, konsulluq və ya diplomatik binalarda, ibadət yerlərində üzünü örtmək mümkün olacaq.
 
Sağlamlıq, təhlükəsizlik, hava şəraiti və ya yerli adət-ənənələr, habelə bədii, əyləncə və ya reklam məqsədləri üçün istisnalar nəzərdə tutulub.

Qanun layihəsində burka və ya niqabın adı çəkilmir, lakin insanların ictimai nəqliyyatda, restoranlarda və ya küçədə gəzinti kimi ictimai yerlərdə üzlərini gizlətmələrini qadağan edərək, gözlərin, burnun və ağzın görünməsi lazım olduğunu qeyd edir.

İsveçrədəki İslam Təşkilatları Federasiyası, İsveçrənin tolerantlıq və sülhməramlılıq dəyərlərinin bu kimi müzakirələrdə zərər gördüyünü qeyd edib.

"Konstitusiyada geyim kodlarının qeyd edilməsi qadınlar üçün azadlıq mübarizəsi deyil, keçmişə doğru bir addımdır".

İsveçrə üz örtüyünün qadağan olunduğu 5 ölkədən biridir. Fransa 2011-ci ildə ictimai yerlərdə üzü tam örtməyə, Danimarka, Avstriya, Hollandiya və Bolqarıstanda isə ictimai yerlərdə üz örtüyünə tam və ya qismən qadağa qoyub.

"Amnesty International" üz örtüyü qadağasını "qadınların hüquqlarını, o cümlədən ifadə və din azadlığını pozan təhlükəli siyasət” adlandırıb.
 
Aytac

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol