• $
  • €
  • ₽
  • ₺
  • £

İran mediası Qafqazın şeyxini ittiham edir - SƏBƏB

İran mediası Qafqazın şeyxini ittiham edir - SƏBƏB
01.11.2022 14:31
İran mediası Allahşükür Paşazadəyə qarşı kampaniya başladıb. Bu barədə "Azad İran" telegram kanalı məlumat yayıb.

Qafqaz Müsəlmanları İdarəsinin başçısı Allahşükür Paşazadə bir neçə gün bundan öncə İranla bağlı verdiyi müsahibədən sonra bu ölkənin mediası və SEPAH-a bağlı sosial media kanallarının hədəfinə çevrilib.

İran mediası onu səlahiyyətsiz, iradəsiz şəxs adlandırmaqla yanaşı, şeyxi "sionistlərə qulluqda" ittiham edib.

Sözügedən media orqanları bununla yanaşı Allahşükür Paşazadəni Azərbaycanda həbsdə olan dindarları müdafiə etmədiyi üçün tənqid ediblər.

Qaralama kampaniyasına Azərbaycanda axtarışda olan və İrana sığınan "Hüseyniyyun" qruplaşmasının sosial media kanalları da qoşulub.

Bir neçə gün bundan öncəyə kimi Qafqaz Müsılmanları İdarəsinin sədrinə qarşı ehtiyatlı davranan adıçəkilən qruplaşmanın üzvləri indi şeyxin "Şeytana biyət etdiyini" yazır, onu casus adlandırırlar.

Allahşükür Paşazadə "Real TV"-yə verdiyi son müsahibəsində İranın Azərbaycan Respublikasına qarşı mövqeyindən təəccübləndiyini deyib.

"Amma mən indiyədək elə bilmişəm ki, mənə bir şey olsa, qardaşlarım gəlib məni xilas edəcəklər. Bu gün mənim o ümidim qırıldı. Mən kimə inanım? Mənim qardaşım məni erməniyə satdı”, -  Şeyx müsahibəsində İran hökumətini nəzərdə tutaraq bildirib.

Hacı Allahşükür Qummət oğlu Paşazadə 2003-cü ildə Qafqaz Müsəlmanlarının XI Qurultayında ömürlük Şeyxülislam seçilib. 
 
Aytac
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol