• $
  • €
  • ₽
  • ₺
  • £

İran prezidenti hökumət əleyhinə nümayişçilərə xəbərdarlıq edib

İran prezidenti hökumət əleyhinə nümayişçilərə xəbərdarlıq edib
28.12.2022 12:27
İran prezidenti hökumət əleyhinə nümayişçilərə xəbərdarlıq edib. Bu barədə "EURONEWS" məlumat verib. 
 
İran prezidenti İbrahim Rəisi hökumət əleyhinə etirazların 100 günlük həddi keçdiyi üçün İslam Respublikasına düşmənçilik edənlərə mərhəmət olmayacağını bildirib. 

1980-ci illərdə İran-İraq müharibəsində həlak olan 400 əsgərin dövlət tərəfindən təşkil edilən anım mərasimində çıxış edən prezident ABŞ və onun müttəfiqlərini 3 aydan artıqdır davam edən hökumət əleyhinə etirazları qızışdırmaqda günahlandırıb.

İran əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra dünyasını dəyişən 22 yaşlı İran əsilli kürd qadın Məhsa Əmininin ölümündən sonra iğtişaşlarla sarsılıb.

Etirazlar sürətlə 1979-cu il İslam İnqilabından sonra qurulan İran teokratiyasını devirmək çağırışlarına çevrilib.  Bu, dörd onillikdən çox müddətdə İranın ruhani idarəçiliyinə qarşı ən böyük problemlərdən biri hesab olunur. 

İğtişaşları yaxından izləyən İranda İnsan Haqları Fəalları qrupunun məlumatına görə, azı 507 etirazçı öldürülüb, 18500-dən çox insan həbs edilib.  İran hakimiyyəti öldürülən və ya həbs olunanlarla bağlı rəqəmlər açıqlamayıb.
 
Lida Abbaslı

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol