• $
  • €
  • ₽
  • ₺
  • £

SMS vasitəsilə bankomatı sındırmaq olar

SMS vasitəsilə bankomatı sındırmaq olar
04.04.2014 19:38
"Symantec" korporasiyası bankomatlar üçün ziyanverici "Backdoor. Ploutus B." proqramını aşkar edib. "ICTnews" xəbər xidmətinin "www.astera.ru" saytına istinadən verdiyi məlumata əsasən, proqram bankomatı, mobil telefon vasitəsilə məsafədən idarə etməyə imkan verir. Telefonu bankomata qoşmaqla və onu virusa yoluxdurmaqla cinayətkarlar bu telefona kodlarla SMS-ləri göndərmək imkanı əldə edirlər. Belə məlumat aldıqda, telefon əmri şəbəkə paketinə çevirir və USB-kabel vasitəsilə bankomata ötürür. Nəticədə nağd pul transferi baş verir."Backdoor. Ploutus.B"-nın modullarından biri şəbəkə paketlərinin təhlilçisidir. Bu, bankomata daxil olan bütün şəbəkə trafikini izləyir. Sıradan çıxarılmış bankomat telefondan TCP və ya UDP- paket alan kimi, bu modul onu təhlil edir – paketin müəyyən hissəsində 5449610000583686 ardıcıllığını axtarır, bu ardıcıllığı tapdığı halda isə modul növbəti 16 rəqəmi tutuşdurur və onlardan Ploutusu işə salmaq üçün əmr yaradır.  "Ploutus"un bundan öncəki versiyalarında cinayətkar bu kodu, pulları götürən "kuryer"ə bildirməli olurdu və o sisteminin işini müəyyən edərək virusu yazanları aldada bilərdi. Lakin son versiyada "kuryer" kodu görmür, bu da virus yazanların əlavə təhlükəsizliyinin qorunması və pulların götürülmə prosesini nəzarətdə saxlamağa imkan verir. Kod 24 saat ərzində qüvvədə olur. İstifadəçilərin təhlükəsizliyinin daha yaxşı təmin edilməsi üçün şirkətlərin və özəl istifadəçilərin ünvanlarına tez-tez "Windows XP" əməliyyat sisteminin daha yeni versiyasına keçmək çağırışları gəlir.Hazırda bankomatların, demək olar, 95%-i "Windows XP" idarəetməsi altındadır. Yaxın günlərdə "Windows XP" istifadəsinin dayandırılacağını nəzərə alsaq, bank sektorunun bankomatlarının böyük kibertəhlükə qarşısında durduğunu güman etmək olar. Cinayətkarlar getdikcə daha təkmilləşdirilmiş yollarla bankomatlara hücum edirlər.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ-nin vitse-prezidenti gələn həftə İran rəsmisi ilə görüşəcək
Dünya 19:54
ABŞ-nin vitse-prezidenti gələn həftə İran rəsmisi ilə görüşəcək
İzmirdə zavodda baş verən partlayış nəticəsində ölənlərin sayı 10-a çatıb - yenilənib
Dünya 18:26
İzmirdə zavodda baş verən partlayış nəticəsində ölənlərin sayı 10-a çatıb - yenilənib
Türkiyədə 4,6 maqnitudalı zəlzələ olub
Dünya 16:38
Türkiyədə 4,6 maqnitudalı zəlzələ olub
Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb
Dünya 13:23
Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb
У берегов греческого острова Крит обнаружены тела 12 нелегальных мигрантов
Dünya 12:00
У берегов греческого острова Крит обнаружены тела 12 нелегальных мигрантов
Çin yeni "SatNet" internet peyk qrupunu uğurla orbitə çıxarıb
Dünya 10:33
Çin yeni "SatNet" internet peyk qrupunu uğurla orbitə çıxarıb
Çində yaşayış kompleksində yanğın nəticəsində 14 nəfər ölüb
Dünya 08:51
Çində yaşayış kompleksində yanğın nəticəsində 14 nəfər ölüb
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
Dünya 19:31
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
Misir 10 ildən sonra Tripolidəki səfirliyini yenidən açıb
Dünya 23:56
Misir 10 ildən sonra Tripolidəki səfirliyini yenidən açıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol