• $
  • €
  • ₽
  • ₺
  • £

Mark Zukerberqin maaşı nə qədərdir?

Mark Zukerberqin maaşı nə qədərdir?
02.04.2014 11:37
“Facebook”un baş direktoru Mark Zukerberqin maaşı 1 dollar təşkil edir. “Facebook”un rəhbəri və ABŞ-ın varidatına görə 22-ci ən zəngin insanı 2013-cü ildə 1 dollar maaş alıb.“Facebook”un Qiymətli Kağızlar və Birjalar üzrə Komissiyaya təqdim etdiyi hesabatda bu məlumatlar yer alıb. Xatırladaq ki, “Facebook” şirkəti IPO-ya çıxarılmamışdan öncə Zukerberqin maaşı 503512 dollar olub.Qeyd edək ki, ildə 1 dollar məbləğində maaş Silikon vadisində fəaliyyət göstərən bir çox böyük şirkətlər üçün simvolik jestdir. Belə ki, zamanında Stiv Cobs öz maaşını 1 dollaradək azaltmışdı. Ötən il “Google”un həmtəsisçiləri Larri Peyc və Serqey Brin də eyni məbləğdə maaş alıblar.“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Bloomberg Billionaires Index” reytinqinə əsasən, hazırda Zukerberqin varidatı 27 milyard dollar həcmində qiymətləndirilir, lakin bu məbləğin çox hissəsi “Facebook”un səhmi şəklindədir. Hazırda Zukerberq şirkətin  səhmlərinin 61,6 faizinə sahibdir. Ötən il “Facebook”un səhmlərinin qiyməti təxminən iki dəfə, həmçinin şirkətin yaradıcısının varidatı artıb. 29 yaşlı Zukerberq xeyriyyəçiliklə aktiv məşğul olur, həmçinin qlobal miqyasda “Internet.org” qeyri-kommersiya qrupu çərçivəsində internetə çıxışın təmin edilməsi ilə bağlı qeyri-kommersiya təşəbbüsləri ilə çıxış edib.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol