• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ-da inflyasiyanın yavaşıması tez olmayacaq - FED

ABŞ-da inflyasiyanın yavaşıması tez olmayacaq - FED
07.02.2023 23:09
Əmək Departamenti tərəfindən keçən həftə açıqlanan məlumatlar göstərdi ki, yanvar ayında ABŞ-da iş yerlərinin artımı gözləniləndən xeyli çox olub və  işsizlik 3,4%-ə düşüb. Bu inflyasiyaya gücləndirici təsir edə bilər. Bunu ABŞ Mərkəzi Bankının sədri Cerom Pauel bildirib.

Çərşənbə axşamı Vaşinqton İqtisadiyyat Klubunda müzakirələr zamanı Pauell, "bu, bir növ göstərir ki, niyə inflyasiyanın yavaşlaması xeyli vaxt aparacaq bir proses olacaq".

İnflyasiyanın FED-in 2% hədəfinə qədər azaldılması "çox güman ki, kifayət qədər vaxt aparacaq" deyib.
 
"Biz düşünmürük ki, hər şey rahat keçəcək. Əngəllər ola bilər",  - Pauel bildirib. 

Onun sözlərinə görə, bu səbəbdən, FED "faiz dərəcələrini artırmağa davam etməli" olacaq.
 
"Biz düşünürük ki, siyasəti bir müddət məhdudlaşdırıcı səviyyədə saxlamalı olacağıq", - o vurğulayıb. 

FED son 12 ayda uçot dərəcəsini 4,5 faiz bənd artırıb ki, bu da 1980-ci illərdən bəri ən sürətli artımdır.
 
Mərkəzi Bankın dekabrda açıqladığı son proqnozlarına görə, bu ilin sonuna ölkədə işsizlik təxminən 4,6%-ə yüksələcək.

Eyni zamanda, Əmək Nazirliyinin məlumatına görə, yanvarda işəgötürənlər iş yerlərinin sayını 517 min nəfər artırıb, işsizlik isə 3,4%-ə düşüb. Bu da 1969-cu ildən bəri ən aşağı göstəricidir.
 
The Wall Street Journal-ın sorğusuna qatılan analitiklər artımın cəmi 187 min olacağını gözləyirdilər. Bundan əlavə, agentlik əvvəlki iki ayda iqtisadiyyatda iş yerlərinin sayı ilə bağlı məlumatları yuxarıya doğru yenidən nəzərdən keçirib.
 
N.Təbrizli

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol