• $
  • €
  • ₽
  • ₺
  • £

Aİ Rusiyaya qarşı sanksiyaları daha bir il uzadıb

Aİ Rusiyaya qarşı sanksiyaları daha bir il uzadıb
21.02.2023 10:54
Avropa İttifaqı Ukrayna ərazilərinin işğalı səbəbindən Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların müddətini 2024-cü il fevralın 24-dək uzadıb. Bu barədə UNİAN xəbər agentliyində məlumat yayılıb.
 
Bildirilir ki, müvafiq qərar sabah, fevralın 22-də qüvvəyə minir və Rusiyanın Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətlərinin bir hissəsini qanunsuz işğal etməsinə aiddir. 

"Avropa İttifaqı beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləməkdə sabit qalır və Rusiyanın qeyri-qanuni ilhaqı ilə bağlı tanınmamaq siyasətini tam şəkildə həyata keçirmək əzmindədir. Birlik bunu tanımır və Rusiya Federasiyasının Ukrayna ərazilərinin işğalını beynəlxalq hüququn pozulması kimi pisləməyə davam edir”,  məlumatda deyilir.

Rusiyanın Ukraynaya genişmiqyaslı hücumundan sonra Avropa İttifaqının hakimiyyət orqanları Rusiya Federasiyasına qarşı doqquz sanksiya paketi qəbul edib və bu, 1,5 minə yaxın rusiyalıya və Rusiya iqtisadiyyatının müxtəlif sahələrinə təsir edib.

Belə ki, ötən ilin iyununda Avropa İttifaqı Ukrayna Krımının işğalı ilə bağlı Rusiyaya qarşı məhdudiyyətləri daha bir il - 2023-cü il iyunun 23-dək uzadıb.

İndi Aİ Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin birinci ildönümünə təsadüf edəcək 10-cu sanksiyalar paketini hazırlayır. Eyni zamanda, Polşa və Baltikyanı ölkələr Rusiyanın əksər təbliğat vasitələrinin  sanksiyalar paketinə daxil edilməsində tərəfdarıdırlar.
 
Aytac Zeynalova

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol