• $
  • €
  • ₽
  • ₺
  • £

Hatayda 200 minə yaxın yeni evin tikintisinə başlanılacaq- ƏRDOĞAN

Hatayda 200 minə yaxın yeni evin tikintisinə başlanılacaq- ƏRDOĞAN
22.02.2023 13:45
Türkiyənin Hatay vilayətində martda 200 minə yaxın yeni evin tikintisinə başlanacaq. Bu barədə Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan bazar ertəsi Hatayda deyib.
 
O bildirib ki, növbəti bir ayda 18 min 544-ü Qaziantepdə olmaqla, 200 min yaşayış binasının tikintisi üçün işlərə başlanılacaq.
 
"9130 kənd evi tikib, zərərçəkənlərə təhvil verəcəyik. Qaziantepin tarixi simasını və demoqrafik quruluşunu qoruyaraq şəhəri daha güclü şəkildə ayağa qaldıracağıq. Hazırda Qaziantepdən 87 min vətəndaş başqa vilayətlərə təxliyə edilib. 100 minə yaxın şəxsə çadırlarda, 4500-ə yaxın insana isə konteynerlərdə sığınacaq verilib.”, - Ərdoğan vurğulayıb.

Təxminən 45 minə yaxın insanın ölümünə səbəb olan güclü zəlzələdən iki həftə sonra Türkiyə və Suriyanın sərhəd bölgəsində baş verən daha bir zəlzələ zamanı azı 8 nəfər ölüb.

Bazar ertəsi baş verən 6,4 bal gücündə zəlzələnin mərkəzi fevralın 6-da Türkiyədə dağıdıcı zəlzələdən ciddi zərər çəkən Hatay vilayətinin Defne qəsəbəsi olub.

Yeni zəlzələ Suriya, İordaniya, Livan və Misir də daxil olmaqla, bir çox ölkədə hiss olunub. Bu zəlzələnin ardınca 5,8 bal gücündə daha bir zəlzələ baş verib.

Suriyanın dövlət xəbər agentliyi SANA-nın bildirdiyinə görə, Hələbdə 6 nəfər yaralanıb.

BMT-nin sözçüsü Stefan Dejarrik bildirib ki, hazırda BMT-nin Suriyaya daxil olması üçün tam fəaliyyət göstərən üç sərhəd-keçid məntəqəsi fəaliyyət göstərir.
 
Onun sözlərinə görə, BMT hazırda Suriyanın şimal-qərbində üsyançıların nəzarətində olan ərazilərə 227 yük maşını göndərib və bildirib ki, hər üç sərhəd-keçid məntəqəsinə daha çox yük maşını göndərmək üçün hazırlıqlar gedir.

Bazar ertəsi Ərdoğan Ankarada səfərdə olan ABŞ dövlət katibi Antoni Blinkenlə də görüşüb. Blinken bir gün əvvəl ABŞ-ın Türkiyə və Suriyaya 100 milyon dollarlıq əlavə yardım vəd etdiyini açıqlayıb.

Yeni yardım ABŞ-ın ümumi yardımını 185 milyon dollara çatdırır ki, bu yardım xilasetmə və bərpa işlərində iştirak etmiş beynəlxalq və qeyri-hökumət qruplarına veriləcək.
 
Aytac Zeynalova

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol