Yunanıstanda qatarlar toqquşub - 32 nəfər ölüb/VİDEO
Yunanıstanın Larisa şəhəri yaxınlığında sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində 32 nəfər ölüb, 85 nəfər yaralanıb. Bu barədə "ERT NEWS" telekanalı yanğınsöndürmə xidmətinin sözçüsü Vasilis Vatrakoyannisə məlumat yayıb.
"Hazırda 32 ölü və 85 yaralı tapılıb", - telekanaldan vurğulanıb.
Məlumata görə, tibbi yardıma ehtiyacı olmayan 270 sərnişin faciə yerindən təxliyə edilərək avtobusla Salonikiyə göndərilib.
Telekanalın müsahibə verdiyi bəzi şahidlər qatarların toqquşmasının təsirinin çox güclü olduğunu, bir neçə vaqonun dərhal alovlandığını bildiriblər.
Yanğınsöndürənlərin məlumatına görə, toqquşmuş qatarların ilk vaqonları təkərin zərbəsindən tamamilə qırılıb və vaqonların üzlüyünün bir hissəsi dəmir yolu relsindən 100 m-ə qədər atılıb. Bir-birinə doğru hərəkət edən hər iki qatar naməlum səbəbdən eyni yola çıxıb.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox