• $
  • €
  • ₽
  • ₺
  • £

İranın BMT Forumuna sədr təyin edilməsi beynəlxalq etiraz doğurub

İranın BMT Forumuna sədr təyin edilməsi beynəlxalq etiraz doğurub
18.05.2023 19:36
Parisdə fəaliyyət göstərən "ƏRK" Azərbaycan İnsan Haqları Cəmiyyəti İranın BMT-nin İnsan Haqları Sosial Forumunun rəhbər təyin olunması ilə əlaqədar bəyanat yayıb.

Sənəddə BMT İnsan Hüquqları Şurasının 2023-cü il üzrə rəhbəri üzv dövlətlərə məktub göndərdiyi bildirilib:
O, məktubunda noyabrın 2-3-də BMT İnsan Hüquqları Şurasının Sosial Forumunun Cenevrədəki mənzil-qərargahda keçiriləcəyini və tədbirə İranın BMT-nin Cenevrədəki Baş Qərargahındakı daimi nümayəndəsi, səfir Əli Bəhreynin rəhbərlik edəcəyini yazıb. İran nümayəndəsi BMT İnsan Hüquqları Şurasının Sosial Forumunun sədri təyin edilib. Bu tədbirdə postpandemiya dövrü də daxil olmaqla insan hüquqlarının qorunmasında texnologiyanın rolu araşdırılacaq. Bu məsələdə İslam Respublikası "rekord” vurub. İki gün əvvəl BMT İnsan Haqları Şurası İranda edam dalğasından dərin narahatlığını bildirib. Şuranın açıqlamasında bildirilir ki, bu il İran hökuməti orta hesabla hər həftə 10 nəfəri edam edib və bu rəqəmi "dəhşətli” adlandırıb. Şura İran hökumətindən dünyanın digər ölkələrində olduğu kimi, edamları dayandırmağı tələb edib”.

Bəyanatda vurğulanıb ki, İran dünyada öz xalqının insan haqlarını kobud və davamlı şəkildə pozmaqda ittiham olunan azsaylı ölkələrdəndir: "BMT İnsan Haqları Şurası bunun üçün xüsusi məruzəçi təyin edib. Bununla belə, İslam Respublikasının hakimiyyət orqanları xüsusi məruzəçinin İrana daxil olmasına icazə verməyiblər. "ƏRK” Azərbaycan İnsan Haqları Cəmiyyəti İran İslam Respublikası nümayəndəsinin BMT İnsan Haqları Şurasının Sosial Forumunun sədri vəzifəsinə namizədliyinin irəli sürülməsinə qarşı etirazını bəyan edir. Çünki İran bütün sahələrdə insan haqlarını, o cümlədən qeyri-fars millətlərin hüquqlarını pozur və Ümumdünya İnsan Haqları Xartiyasına əməl etmir. ƏRK cəmiyyəti digər hüquq müdafiəçiləri ilə birlikdə İranın İnsan Haqları Şurasının Sosial Forumuna sədrliyini ləğv etmək üçün bütün səylərini əsirgəməyəcək”.

"BMT-nin müxtəlif departamentlərinin rəhbərlərinin seçilməsi rotasiya ilə keçirilir, ona görə də bəzən seçimlər uyğun olmur. İran BMT-nin İnsan Haqları Şurasının sədrliyinə Asiyadan yeganə namizəd idi və başqa namizəd yox idi. Bu vəziyyət Rusiya ilə də bağlı baş verdi. Belə ki, ötən ay Rusiya bu təşkilatın ən mühüm orqanı olan Təhlükəsizlik Şurasının rəhbəri seçildiyindən BMT İnsan Haqları Şurasından çıxarılıb. BMT-nin "Human Rights Watch” təşkilatı bu təyinatın ləğvi üçün kampaniyaya başlayıb. İnsan haqları institutunun başına minlərlə günahsız insana vəhşicəsinə işgəncələr verən, onları edam edən bir rejimin təyin edilməsi qəbul edilə bilməz. İndi insan haqları müdafiəçilərinin 2023-cü ilin noyabrına qədər altı ay vaxtı var ki, İranı "Qadın Statusu Komitəsi”ndən çıxardıqları kimi, bu vəzifədən də uzaqlaşdırsınlar. Qeyd edək ki, insan hüquqları üzrə beynəlxalq ekspert, hüquq elmləri doktoru, yazıçı, "United Nations Watch” təşkilatının icraçı direktoru Hillel Noyer İranın BMT-nin İnsan Haqları Sosial Forumunun sədri təyin edilməsini "üzə vurulan sillə” adlandırıb: "Bizim petisiyamızı 50 mindən çox insan imzalayıb. 100 minə çatdıqda, noyabrda BMT İnsan Haqları Şurasının Forumunun açılışına qədər təyinatın ləğvi və İran İslam Respublikasının sədrlik vəzifəsindən uzaqlaşdırılması haqqında qətnaməni yayacağıq”, - sənəddə qeyd olunub.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol