• $
  • €
  • ₽
  • ₺
  • £

Ukrayna 1,5 milyard avrodan çox hərbi yardım alacaq

Ukrayna 1,5 milyard avrodan çox hərbi yardım alacaq
13.07.2023 18:34
Ukrayna beynəlxalq tərəfdaşlarından 1,5 milyard avrodan çox hərbi yardım alacaq.

Bu barədə Ukraynanın müdafiə naziri Oleksiy Reznikov deyib.

"Uzun mənzilli SCALP raketləri, "Leopard” tankları, əlavə "Patriot”lar, F-16 pilot təlimləri ictimaiyyətə açıqlanan yardımın yalnız bir hissəsidir", - nazir qeyd edib.

Ukrayna müdafiə naziri Reznikov ölkəsinin əsas tərəfdaşlarının yeni elan etdiyi hərbi yardım paketləri barədə məlumat verib. Onun sözlərinə görə, Almaniyanın elan etdiyi yeni hərbi yardım paketi 700 milyon avro dəyərindədir və bura 25 ədəd "Leopard 1A5” tankları, 40 ədəd "Marder 1A3” piyada döyüş maşınları, 2 ədəd "Patriot” havadan müdafiə sistemləri , 5 ədəd "Bergepanzer” 2 yerdən-havaya raket sistemləri, 20 000 ədəd 155-mm artilleriya mərmisi, 5 000 ədəd tüstü mərmisi daxildir.

Avstraliyanın elan etdiyi yeni hərbi yardım paketinə 30 ədəd "Bushmaster” zirehli personal maşınları daxildir.
Norveç 1000 ədəd "Black Hornet" mikro-dronları, NASAMS-a dəstək paketi (2 əlavə yanğın idarəetmə mərkəzi, iki buraxılış qurğusu və ehtiyat hissələri) verəcək. Norveç həmçinin Ukraynaya hərbi yardım büdcəsinin həcmini 240 milyon dollardan 930 milyon dollara qədər artırıb; hava hücumundan müdafiə və artilleriya imkanlarının gücləndirilməsinə dair razılaşmalar da var.

Böyük Britaniyanın hərbi yardım paketinə 70-dən çox döyüş maşını, tanklar üçün minlərlə sursat, texnikanın təmiri üçün 64,7 milyon dollarlıq hərbi yardım paketi daxildir.

Fransa SCALP raketləri və minatəmizləmə üçün əlavə mühəndis avadanlıqları verəcək.
Niderland avqust ayında pilotların təliminə başlamaq barədə razılıq verib, həmçinin bu ölkə Ukraynanın hava hücumundan müdafiə və artilleriya imkanlarının gücləndirilməsinə töhfə verəcək.

Kanada Ukraynaya dəstək və transatlantik təhlükəsizliyi gücləndirmək üçün 410 milyon dollar yeni maliyyə ayırır, Ukrayna Silahlı Qüvvələrinin zirehli texnika ilə gücləndirilməsi istiqamətində dəstək verəcək.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol