• $
  • €
  • ₽
  • ₺
  • £

Ukraynanın şərqində separatçıların həbsinə başlanıb

Ukraynanın şərqində separatçıların həbsinə başlanıb
11.03.2014 15:36
Martın 10-da axşam Ukraynanın Donetsk vilayətində Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (QRU) əməkdaşı saxlanılıb. APA-nın UNİAN agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ukraynanın daxili işlər naziri Arsen Avakov özünün “Facebook” səhifəsində açıqlayıb. O, əməliyyatın Təhlükəsizlik Xidmətinin əməkdaşları ilə birlikdə həyata keçirildiyini söyləyib. Luqanskda isə yerli Vilayət Şurasının deputatı, separatçı mitinqlərin və dövlət vilayət administrasiyasının binasının tutulması aksiyasının təşkilatçılarından biri olan Arsen Klinçayev həbs edilib. Bunu da nazir Avakov “Facebook”da açıqlayıb: “Dövlət vilayət administrasiyasının binasının ələ keçirilməsini və separatçı mitinqləri təşkil edənlərdən birini – Arsen Klinçayevi saxladıq. Qanunauyğun son. Məhkəmə qərar verəcək”. Martın 10-da Xarkov vilayət administrasiyasının keçmiş rəhbəri, Rusiyameylli siyasətçi Mixail Dobkin də həbs edilib. Ona qarşı “Ukraynanın ərazi bütövlüyünə qəsd” maddəsi ilə cinayət işi açılıb. Qeyd edək ki, son vaxtlar Ukraynanın bəzi şərq vilayətlərində, xüsusən Donetsk və Luqanskda Rusiyaya birləşmək tələbi ilə kütləvi aksiyalar keçirilir və dövlət binalarına hücumlar təşkil olunur. Ukrayna hökuməti bu aksiyaların Rusiyadan gəlmiş agent-provokatorlar tərəfindən təşkil edildiyini və yerli əhalinin bu cəhdlərə dəstək vermədiyini bildirir.  ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol