• $
  • €
  • ₽
  • ₺
  • £

Pakistanda terror nəticəsində ölənlərin sayı 54-ə çatb

Pakistanda terror nəticəsində ölənlərin sayı 54-ə çatb
31.07.2023 18:12
Taliban tərəfdarı müsəlman liderinin seçki mitinqi zamanı terrorçunun üzərində olan bombanın partlayşı nəticəsində ölənlərin sayı 54-ə çatıb. Bu barədə Al-Jazeera məlumat yayıb.

Bazar günü 200-ə yaxın insanın yaralanmasına səbəb olan partlayışa görə, məsuliyyəti heç kim üzərinə götürməyib, lakin polis bildirib ki, onların ilkin araşdırmasına görə, İŞİD-in əli olub. 

Zərərçəkənlər radikal siyasətçi və müsəlman lideri Fəzlur Rəhmanın rəhbərlik etdiyi "Camiat Ulama-e-İslam” partiyasının təşkil etdiyi mitinqdə iştirak ediblər. O özü isə Əfqanıstanla sərhəddə yerləşən Hayber Paxtunxva əyalətinin Bacaur rayonunda keçirilən aksiyada iştirak etməyib.

Xilasetmə işlərinə məsul olan Bilal Faizi bildirib ki, 90-a yaxın yaralı hələ də ölkənin şimal-şərqindəki Hayber Paxtunxva əyalətindəki xəstəxanalarda müalicə alır, ölənlərin sayı isə bazar ertəsi 54-ə çatıb.

Bazar günü baş verən partlayış 2014-cü ildən bəri Pakistanın şimal-qərbində baş verən ən dəhşətli dörd hücumdan biri olub, o zaman ki, Peşəvərdə ordunun idarə etdiyi məktəbə Taliban hücumu nəticəsində əksəriyyəti şagird olmaqla 147 nəfər həlak olub.

Bu ilin yanvarında Pişəvərdə məsciddə  bomba partlayışı nəticəsində 74 nəfər həlak olub. Fevralda isə Peşəvər polis qərargahının yerləşdiyi yüksək təhlükəsizlik kompleksinin içərisində məscidə qoyulan bombanın partlaması nəticəsində polis olmaqla 100-dən çox adam həlak olub.

Baş nazir Şehbaz Şərifin avqustda parlamenti buraxacağı və səsvermə üçün yol açacağı gözlənilir. Rəhmanın partiyası 2022-ci ilin aprelində keçmiş baş nazir İmran Xanı devirərək hakimiyyətə gələn Şərifin koalisiya hökumətinin bir hissəsidir.

Daha sonra bazar günü  Xan lkənin hər yerindən başsağlığı mesajları gəlməyə davam etdiyi üçün partlayışı pisləyib.

Rabia Hale Seferoğlu

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol