• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyadan turistlər ən çox Türkiyəyə gedir

Rusiyadan turistlər ən çox Türkiyəyə gedir
22.08.2023 17:59
Türkiyə payız mövsümündə turoperatorlar və turizm agentlikləri arasında satışda lider olaraq qalır, bütün istiqamətlər üzrə sifarişlərin təxminən yarısını, həmçinin ilk beşlikdə - Rusiya, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Taylanddadır.  Bu barədə Rusiya Turist sənayesi agentliyi yerli turoperatorlara  istinadən bildirib. 

"Payız üçün sifarişlərin 48%-i Türkiyə, 18%-i BƏƏ, 9%-i Rusiya, 7%-i Abxaziya və Misirin payına düşür. Tayland, Şri-Lanka, Kuba, Maldiv adalarına gütmək istəyənlərin sayı az deyil", - FUN&SUN turoperatorunun ictimaiyyətlə əlaqələr bölümünün rəhbəri Olqa İvanova bildirib.

Onun sözlərinə görə, tələbat ümumilikdə ötən ilin tendensiyalarını təkrarlayır, lakin bu il keçən ilkindən fərqli olaraq Tayland, Şri-Lanka və Kubaya kütləvi axın olmayıb.

Anex turoperatorunun Türkiyədə sentyabr-oktyabr üçün sifarişlərin payı 62%, Misir - 17%dır. Həmçinin ilk beşlikdə - Tailand, Birləşmiş Ərəb Əmirlikləri və Rusiya da var. 

"Sentyab  məxməri mövsüm sayılır. Uşaqlı turistlərin çox az olduğu vaxt qiymətlər bir qədər aşağı olur. Oktyabda artıq ucuz qiymətlər dövrü hesab olunur, yay ayları ilə müqayisədə  20-30%-ə qədər ucuzlaşmamüşahidə oluna bilər", - Anex şirkətiin PR meneceri Alena Xitrova bildirib. 

O qeyd edib ki, Türkiyə və Misirdə rusiyalı turistlər ən çox 5 ulduz və hər şey daxil otelləri bron edirlər. Tayland və BƏƏ-də əsasən payız üçün 4 ulduz sifariş edilir. Rusiyada ilk növbədə Soçi otelləri, həmçinin Kavminvod, Krasnodar diyarı və Moskva vilayətindəki sanatoriyalara tələbat var. 

Agentlik fəaliyyəti üzrə PCT komitəsinin rəhbəri, "Last-minute travel deals store” turizm agentlikləri şəbəkəsinin direktoru Sergey Aqafonov Türkiyənin liderliyini təsdiqləyir.

"Son üç ayda  onun payı 43%-dən çox səviyyəsində olub, ikinci yerdə Rusiya (22,3%), üçüncü yerdə Misir (15,8%) qərarlaşıb. Tayland və BƏƏ hələ də kiçik bərabər payları tuturlar. 4%-dən bir qədər çox. Biz daşımaların həcmini artırmaqla Misirə tələbatın artacağını gözləyirik”, - o izah edib.

Türkiyə payız mövsümü üzrə satışlarda və bahalı turlar üzrə ixtisaslaşmış turoperatorlar arasında liderlik edir.

"Sodis”in satış şöbəsinin rəhbəri İrina Manuilskayanın sözlərinə görə, satışda ikinci yeri Birləşmiş Ərəb Əmirlikləri, üçüncü yerdə Maldiv adaları, həm də Rusiya tutur.

O, əlavə edib ki, payız aylarında Avropa ölkələri də zəngin turistlər arasında populyardır.

"İlk növbədə, bunlar İtaliya, Fransa, Yunanıstan, Kritdir, bizim satışlarımızın təxminən 15%-ni təşkil edir. Vizalarla bağlı böyük problem yoxdur, turistlər onları alır. Türkiyədə bir çox rusların şəhər infrastrukturu yoxdur: hər şey daxil sistem. və ərazidə istirahət heç də hamını oteldən qane etmir”, -  Sodis rəsmisi vurğulayıb.
 
N.Təbrizli

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol