• $
  • €
  • ₽
  • ₺
  • £

Son 28 gündə dünyada COVID-19-a yoluxma halı artıb

Son 28 gündə dünyada COVID-19-a yoluxma halı artıb
23.08.2023 11:50
Son 28 gündə dünyada COVID-19  yoluxma halı 63% artıb. Bu barədə ÜST-nin həftəlik epidemioloji hesabatında bildirilib.

Məlumata görə, iyulun 17-dən avqustun 13-dək 1,4 milyon yoluxma halı qeydə alınıb.

Əlavə edək ki, yaranmış vəziyyətlə əlaqədar artıq Bayden administrasiyası amerikalıları COVID-ə qarşı peyvənd olmağa çağırıb.

"Kaliforniya, Nyu-York və Corciya məcburi maska rejimi tətbiq etməyə başlayır”, - ABŞ mediasının yaydığı məlumatda vurğulanıb.
 
Qlobal səhiyyədə koronavirusla əlaqədar fövqəladə vəziyyət 2020-ci ilin yanvarın sonundan 2023-cü il mayın 5-dək qüvvədə olub.
 
11 mart 2020-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 epidemiyasını pandemiya kimi xarakterizə edib.
 
Təşkilatın saytında dərc olunmuş 12 iyul 2023-cü il tarixə olan məlumata görə, dünyada 767 972 961 koronavirusa yoluxma faktı qeydə alınıb, 6 950 655 nəfər ölüb.
 
ÜST-ün baş direktoru Tedros Adhanom Gebreyesus mayın 5-də Cenevrədə keçirdiyi brifinqdə bildirib ki, ölənlərin həqiqi sayı ən azı 20 milyondur.
 
Aytac Zeynalova

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol