• $
  • €
  • ₽
  • ₺
  • £

ATƏT Ukraynaya hərbi heyət göndərir

ATƏT Ukraynaya hərbi heyət göndərir
05.03.2014 17:14
ATƏT-ə üzv olan 18 ölkə Ukraynanın xahişinə cavab olaraq ölkəyə 35 silahsız hərbi heyət göndərmək qərarına gəlib. Bu barədə Trend ATƏT-in rəsmi saytına istinadən xəbər verir.Sözügedən məsələ martın 4-də ATƏT-in Daimi Şurası və Təhlükəsizlik Əməkdaşlığı Forumunun birgə iclasında müzakirə olunub.Hərbi heyətin səfəri 2011-ci il Vyana Sənədinin 3-cü Fəslinə əsasən baş tutacaq ki, bu da ölkənin müraciəti əsasında bu ölkəyə səfər etməyə və fövqəladə hərbi aktivliklə bağlı məlumatlara aydınlıq gətirilməsinə imkan verir.Bu mexanizm ilk dəfə tətbiq olunur.Artıq ATƏT-ə üzv ölkələrdən Kanada, Çex Respublikası, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Macarıstan, İrlandiya, Latviya, Litva, Norveç, Polşa, Slovakiya, İsveç, Türkiyə, Böyük Britaniya və ABŞ Ukraynanın bu istəyinə müsbət cavab verərək, hər ölkədən iki nümayəndənin göndərilməsinə qərar veriblər. ATƏT Münaqişələrin Qarşısının Alınması Mərkəzindən isə bir nümayəndə Ukraynaya səfər edəcək.Hazırda hərbi personal Ukraynaya yola düşüb.ATƏT-in baş katibi Lamberto Zannier hərbi personalın bu səfərinin Ukraynada gərginliyin azaldılmasına kömək edəcəyinə ümid edir.L.Zannierin sözlərinə görə, etimadın yaradılması və şəffaflıq ATƏT-in təhlükəsizliyə əsas yanaşma elementləri olaraq regionda münaqişələrin həlli üçün ən yaxşı yol kimi dialoqun təşviqini nəzərdə tutur.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol