• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə: "Krım tatarları tək deyillər"

Türkiyə: "Krım tatarları tək deyillər"
05.03.2014 12:09
Ukraynada yaşayan Krım tatarları bilməlidirlər ki, onlar yaranmış vəziyyətdə tək deyillər.

 Bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bəyan edib. Trend-in məlumatına görə, xəbəri çərşənbə günü Türkiyənin "Sabah" qəzeti yayıb.

Onun sözlərinə görə, Krım tatarlarının təhlükəsizlik məsələsi rəsmi diqqət mərkəzindədir.XİN rəhbəri bildirib ki, Ankara Krımda etnik toqquşmaların baş verəcəyindən ehtiyatlanır.Davudoğlu bəyan edib ki, cümə axşamı Romada Rusiyanın XİN rəhbəri ilə Krımdakı vəziyyət də müzakirə olunacaq.Bir müddət əvvəl xəbər verilmişdi ki, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Ankarada Krım Tatarları Assosiasiyasının nümayəndələri ilə görüşüb."İlk olaraq biz ulu babalarımızdan əmanət qalan Krıma köməyə tələsdik", - deyən Davudoğlu Ukraynanın birliyinin və bütövlüyünün, eləcə də bu ölkənin vətəndaşlarının hüquq bərabərliyinin qorunmasının vacibliyini qeyd edib.Onun sözlərinə görə, Baş nazir Rəcəb Tayyib Ərdoğan Krımda baş verən hadisələrlə bağlı zəruri tədbirlər görülməsi üçün göstəriş verib. Bundan əlavə XİN rəhbəri bildirib ki, nazirlikdə üç saatdan artıq davam edən təcili iclas zamanı məsələnin bütün detalları müzakirə olunub.Qeyd edək ki, fevralın 26-da səhər Krım Ali Şurasının binası qarşısında bir neçə min adam toplaşaraq mitinq keçirib. Krımda etiraz aksiyasının güclənməsindən sonra Rusiya Federasiya Şurası Ukrayna ərazisində "bu ölkədə ictimai-siyasi vəziyyət normallaşanadək" RF Silahlı Qüvvələrindən istifadə olunması üçün Prezidentə icazə verib.Bununla əlaqədar Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və ABŞ liderləri, eləcə də Aİ-nin və Avropa Komissiyasının sədrləri birgə bəyanat yayaraq Rusiyanın Ukrayna ilə bağlı mövqeyini pisləyiblər və bu ilin iyun ayında Soçidə keçirilməsi planlaşdırılan "Böyük səkkizlik" sammitinə hazırlığı dayandırıblar.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol