• $
  • €
  • ₽
  • ₺
  • £

KTMT-da birgə mətbuat mərkəzi yaradıla bilər

KTMT-da birgə mətbuat mərkəzi yaradıla bilər
14.12.2023 09:41
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Katibliyində birgə mətbuat mərkəzinin yaradıla bilər. Bu barədə KTMT-nin mətbuat xidməti məlumat yayıb.
 
Bildirilib ki, KTMT-yə üzv dövlətlərin xarici işlər nazirliklərinin mətbuat xidmətlərinin (informasiya departamentlərinin) rəhbərləri qurumun katibliyində məsləhətləşmələr aparıblar. Təşkilatın fəaliyyəti haqqında obyektiv və dolğun məlumatın təbliği ilə bağlı məsələlər müzakirə olunub.

Onlar təşkilatın fəaliyyətini təhrif edən məlumatların yayılmasına qarşı birgə mübarizə üsullarını nəzərdən keçiriblər. Tərəflər aktual informasiya və analitik materialların operativ mübadiləsinə xüsusi diqqət yetirmək barədə razılığa gəliblər. Bundan əlavə, birgə hərbi təlimlər zamanı KTMT-nin birgə mətbuat mərkəzinin yaradılması ilə bağlı məsələlər də müzakirə olunub.
 
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının  "Sarsılmaz Qardaşlıq” adlı təlimləri artıq bir dəfə  2015-ci ildə Ermənistanda keçirilib. Həmin təlimlərdə  Rusiya Mərkəzi Hərbi Dairəsinin sülhməramlı briqadasının hərbçiləri, o cümlədən Ermənistan, Qazaxıstan, Belarus, Qırğızıstan və Tacikistandan olan 500-ə yaxın hərbçi iştirak edib.


2022-ci ildə KTMT ölkələrinin "Sarsılmaz qardaşlıq” hərbi təlimləri Qırğızıstanda keçirilməli idi, lakin bu ölkənin Müdafiə Nazirliyi səbəbini açıqlamadan təlimləri ləğv edib. 


KTMT 1994-cü ildə qüvvəyə minib. O zaman təşkilat 9 ölkədən ibarət olub.  Daha sonra  Azərbaycan, Gürcüstan və Özbəkistan bu təşkilatı tərk edib.
 
Gülnar





www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol