• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyənin 32 əyalətində İŞİD-ə qarşı əməliyyat keçirilib

Türkiyənin 32 əyalətində İŞİD-ə qarşı əməliyyat keçirilib
22.12.2023 09:34
Türkiyənin 32 əyalətində İŞİD terror qruplaşmasına qarşı keçirilən antiterror əməliyyatı nəticəsində 304 şübhəli saxlanılıb.  Bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya "X" sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, əlaqələndirilmiş şəkildə 32 əyalətdə eyni vaxtda "Kahramanlar-34” əməliyyatı təşkil edilib.
 
Həmçinin İstanbul, İzmir və Şanlıurfa da daxil olmaqla, həmin bölgələrdə 304 şübhəli nəzarətə alınıb.
 
Türk ordusu yanvarın 1-dən noyabrın 16-na qədər İraq və Suriyanın şimalı da daxil olmaqla 2 min 84 terrorçunu zərərsizləşdirib. Bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər bildirib.

O qeyd edib ki, xüsusilə son 4 ayda İraq və Suriyanın şimalındakı terror hədəflərinə qarşı ümumilikdə 1 min 110 hədəf məhv edilib, 820 terrorçu zərərsizləşdirilib.

Bundan əlavə, il ərzində 122 terrorçu təslim olub.

Nazir onu da qeyd edib ki, yanvarın 1-dən bu günədək 199 min 898 nəfərin Türkiyə sərhədlərindən qanunsuz şəkildə keçməsinin qarşısı alınıb. 13 min 156 qeyri-qanuni mühacir və 410-u FETÖ-çü olmaqla 590 terrorçu hüquq-mühafizə orqanlarına təhvil verilib.
 
Aytac Zeynalova



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol