• $
  • €
  • ₽
  • ₺
  • £

Fransa Nigerdəki səfirliyini bağlayır – AFP

Fransa Nigerdəki səfirliyini bağlayır – AFP
22.12.2023 11:04
Fransa Nigerdəki səfirliyini bağlamaq niyyətindədir.

Bu barədə AFP agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb.

"Mövcud vəziyyəti nəzərə alaraq, biz yaxın vaxtlarda səfirliyimizi bağlamaq qərarına gəldik”, - diplomatik missiyadan bildirilib.

Agentliyin məlumatına görə, diplomatik missiya artıq orada işləyən yerli sakinlərin işdən azad edilməsinə və onlara təzminat ödənilməsinə başlayıb. Səfirliyin bağlanması ilə bağlı qərar diplomatik missiyanın normal fəaliyyət göstərə bilməməsi səbəbindən qəbul edilib.

Fransanın Nigerdəki səfiri Silven İtte isə sentyabrın 27-dən ölkənin paytaxtını tərk edib.

İyulun sonunda Nigerdə ​​prezident qvardiyasının bir qrup hərbçisi qiyam qaldıraraq prezident Məhəmməd Bazumun hakimiyyətdən uzaqlaşdırıldığını elan edib. Dövləti idarə etmək üçün qvardiya komandiri Əbdürrəhman Çianinin başçılığı ilə "Vətənin Qurtuluşu” Milli Şurası yaradılıb. Yeni hakimiyyətin qərarlarından biri də ekstremist qruplarla mübarizə üçün Nigerdə ​​hərbi kontingentin yerləşdirilməsi ilə bağlı Fransa ilə sazişlərin denonsasiyası olub.

Fransa oktyabrın 10-da Afrika ölkəsindən qoşunlarını çıxarmağa başlayıb. Həmin vaxt Nigerdə ​​təxminən 1,4 min fransız əsgəri var idi. Dekabrın 4-də Niger Niameydə ittifaq missiyasının yerləşdirilməsi üçün verdiyi icazəni geri götürərək, Avropa İttifaqı ilə hərbi əməkdaşlığı ləğv edib.
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol