• $
  • €
  • ₽
  • ₺
  • £

Avropanın 41 ölkəsində qızılca yayılıb - ÜST

Avropanın 41 ölkəsində qızılca yayılıb - ÜST
25.04.2024 11:07
Avropanın 41 ölkəsində əlli səkkiz mindən çox insanda qızılca qeydə alınıb. Bu barədə Ümümdünya Səhiyyə Təşkilatının Azərbaycandakı ofisi məlumat verib. 
 
"Təkcə 2023-cü ildə ÜST-nin Avropa regionunda 53 ölkədən 41-də 58 000-dən çox qızılca hadisəsi qeydə alınıb. Cəmiyyətlərimizi qızılca epidemiyasından qorumaq üçün peyvənd əhatəsinin hər zaman yüksək səviyyədə saxlanmasının vacib olduğunu xatırladır: "Unutmayaq ki, peyvənd özümüzü və yaxınlarımızı qorumaq üçün ən təhlükəsiz və ən effektiv üsul olaraq qalır", - məlumatda deyilir. 
 
2023-cü il dünyada qızılcadan 306,000-dən çox hadisə qeydə alınıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 79% çoxdur. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının məlumatında deyilir.  
 
ÜST-ün açıqlamasında qeyd olunur ki, ilin sonuna qədər bütün ölkələrin yarıdan çoxu qızılca xəstəliyinə yoluxma riski var. Təxminən dünyada 142 milyon uşağın bu virusa yoluxması ehtimal edilir. 
 
Təşkilatın açıqlamasında qızılcadan ölən bütün uşaqların 92 faizi dünya əhalisinin dörddə birindən az hissəsi arasında, əsasən də çox aşağı gəlirli ölkələrdə yaşadığı deyilir. 
 
2023-cü ilin statistikasına görə, Azərbaycanda qızılcaya yoluxanların sayı 1493 nəfər olub. 
 
Dekabrın 25-də Səhiyyə Nazirliyi qızılca ilə bağlı Azərbaycana peyvəndlərin gətirildiyini qeyd edib. Nazirliyinin və TƏbiB-in açıqlamasında 11-40 yaşlı şəxslərin peyvənd olunmasının zəruri olduğunu vurğulanıb. 
 
Səhiyyə Nazirliyinin son statistikasına görə, hazırda Azərbaycanda 284 nəfər qızılcaya yoluxub. 
 
Nazirliyin qızılca ilə bağlı açıqladığı statistikadan sonra ölkədə bir tələbənin və 10 yaxın uşağın qızılcadan ölüm faktı təsdiqlənib. 
 
Noyabrın 30-da ÜST-ün Azərbaycan nümayəndəliyi əhalini penvənd olunmağa çağırıb. 
 
2023-cü ilin on iki ayında Avropa və Mərkəzi Asiyada 30,601 nəfər qızılcaya yoluxub.
 
Ümümdünya Səhiyyə Təşkilatının son statistikasında 2021-ci illə müqayisədə ötən il qlobal miqyasda qızılcaya yoluxma hallarının sayı 18 %, ölüm hallarının sayı isə 43 % artıb.

 
Gülnar 
 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol