• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya İrana silah ixracına başlayıb

Rusiya İrana silah ixracına başlayıb
06.08.2024 11:51
Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun Tehrana səfəri zamanı İran Rusiyadan yeni hava hücumundan müdafiə sistemləri istəyib. Moskva artıq onların çatdırılmasına başlayıb. Bu barədə Amerikanın "The New York Times” qəzeti öz mənbələrinə istinadən yazır.

Rusiya Təhlükəsizlik Şurasının rəhbərinin İran prezidenti Məsud Pezeşkian və Silahlı Qüvvələrin Baş Qərargahının rəhbəri Məhəmməd Baqiri ilə hava hücumundan müdafiə sistemlərinin tədarükü məsələsini müzakirə etdiyi iddia edilir.

İki İran rəsmisi NYT-yə Rusiyanın artıq radarlar və digər hava hücumundan müdafiə vasitələrini tədarük etməyə başladığını təsdiqləyib.
 
Nəşrin məlumatına görə, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bazar ertəsi, avqustun 5-də İranın yeni prezidenti Məsud Pezeşkian və İran silahlı qüvvələrinin komandanı, hərbi zərbələrin planlaşdırılmasına cavabdeh olan briqada generalı Məhəmməd Baqiri ilə görüşüb. Şoyqu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə də görüşüb.

İran mediası bildirib ki, İran İsraillə mümkün müharibəyə hazırlıq üçün Rusiyadan qabaqcıl hava hücumundan müdafiə sistemləri tələb edib. WSJ yazır ki, hərbi planlaşdırma ilə tanış olan iki iranlı məmur İranın belə bir tələb irəli sürdüyünü təsdiqləyib və Rusiyanın qabaqcıl radarlar və hava hücumundan müdafiə sistemləri verməyə başladığını bildirib.

"Biz regional məsələlərdə İranla tam əməkdaşlığa hazırıq”, -  Şoyqu bildirib.

WSJ-nin qeyd etdiyi kimi, Şoyqunun səfəri İran və Rusiya arasında Ukraynanın genişmiqyaslı işğalından sonra möhkəmlənmiş sıx müttəfiqliyi vurğulayır. İran Rusiyaya hərbi pilotsuz təyyarələr verib və iki ölkə bu yaxınlarda hərbi və kəşfiyyat sahəsində əməkdaşlığı genişləndirmək üçün saziş imzalayıb.

HƏMAS-ın siyasi lideri İsmayıl Haniyə yeni prezidentin andiçmə mərasimi üçün İrana səfər edərkən qonaq evində baş verən partlayışda öldürüldükdən sonra İranın ali dini lideri Ayətullah Əli Xamenei İrandan İsrailə birbaşa hücum əmri verib.

Amerika və İsrail rəsmiləri İran və onun regiondakı müttəfiqlərinin İsrailə qarşı koordinasiyalı hücuma keçəcəyini gözlədiklərini bildiriblər. "Müqavimət oxu” kimi tanınan bu qruplara Livandakı Hizbullah və Yəməndəki Husilər daxildir.
 
N.Təbrizli


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol