• $
  • €
  • ₽
  • ₺
  • £

Yəhya Sinvarın təyinatı HƏMAS-ın İsrailə meydan oxumaq cəhdidir - Bloomberg

Yəhya Sinvarın təyinatı  HƏMAS-ın İsrailə meydan oxumaq cəhdidir - Bloomberg
07.08.2024 05:31
HƏMAS-ın yeni siyasi lideri keçən il oktyabrın 7-də İsrailə hücumu təşkil etdiyinə görə bu ölkənin əsas hədəfi hesab edilən Yəhya Sinvar müəyyən edilib. Bu barədə Bloomberg xəbər agentliyi məlumat yayıb. 

Bloomberg-ə görə, bu təyinat Qəzza zolağında atəşkəs razılaşmasına nail olmağa çalışan İsrail, Amerika Birləşmiş Ştatları və digər ölkələr üçün "itaətsizlik siqnalı” hesab oluna bilər.

"Yalnız bir yer Yəhya Sinvar üçün ayrılıb və o, Məhəmməd əl-Deyf, Mərvan İsa və öldürdüyümüz 7 oktyabr qətliamına görə məsuliyyət daşıyan HƏMAS terrorçularının yanındadır",  -  İsrail ordusunun sözçüsü Avichai Adrai X hesabında yazıb.

Qəzzadakı Əl-Əzhər Universitetinin siyasi elmlər professoru Mkhaimar Abusada hesab edir ki, bu seçim İsrailə meydan oxumaq deməkdir. 
 
"Bununla HƏMAS demək istəyir ki, əgər siz bir qədər mötədil Haniyəni öldürmüsünüzsə, deməli, burada qrupun başında daha sərt və ekstremist liderimiz duracaq”, - professor bildiribi.

Qeyd olunur ki, Sinvar 2017-ci ildə İsrail həbsxanasından məhbus mübadiləsi müqaviləsi çərçivəsində azad edildikdən 6 il sonra Həmas Siyasi Bürosuna rəhbərlik edib.
 
Jurnalistlər yazır ki, o, İsraillə daha geniş münaqişəyə hazırlaşmaq üçün qrupun hərbi potensialının gücləndirilməsini vacib sayır.
 
HƏMAS-ın Siyasi Bürosunun keçmiş rəhbəri İsmayıl Haniyə İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirakından sonra İsrailin onun Tehrandakı iqamətgahına endirdiyi zərbə nəticəsində öldürülüb.
 
 
N.Təbrizli
 

 
 
 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol