• $
  • €
  • ₽
  • ₺
  • £

Rubl yenə çöküb

Rubl yenə çöküb
11.12.2024 21:28
Bir neçə günlük güclənmədən sonra rublun məzənnəsi yenidən kəskin ucuzlaşıb. Bu barədə The Moscow Times məlumat yayıb.
 
Dekabrın 11-də Forex bazarında 1 dollar 7 rubla yaxın bahalaşaraq 108,72 rubla bərabər olub. Bu da dekabrın 2dən bəri qeydə alınan maksimum göstəricidir. 

Avronun məzənnəsi 5,5 rubl artaraq 114 rubla bərabər olub. 
 
Moskva Birjasında yuanın məzənnəsi isə 2%-dən çox bahalaşaraq həftənin sonundan bəri ilk dəfə 14 rubl təşkil edib. : "Səhər" hesablaşmaları üzrə müqavilələr yuan üçün 14,06 rubl məzənnəsi ilə bağlanıb.

İnvesbankçı Yevgeni Koqanın sözlərinə görə, rublun yeni enişi ABŞ-ın potensial sanksiyaları ilə bağlı ola bilər.
 
Daha əvvəl Bloomberg xəbər vermişdi ki, Co Bayden administrasiyası Rusiyanın neft ixracına qarşı məhdudiyyətləri İran səviyyəsinə qədər sərtləşdirmək imkanını nəzərdən keçirir.

Noyabrın sonunda rubl 2022-ci ilin martından bəri ən aşağı səviyyəyə düşərək dollara qarşı 114 rubldan, avroya qarşı 120 rubldan, yuana qarşı isə 15,2 rubldan yuxarı olub.
 
N.Təbrizli











www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol