• $
  • £

İlin sonuna kimi Türkiyənin zəlzələ bölgəsində 251 min ev tikiləcək

İlin sonuna kimi Türkiyənin zəlzələ bölgəsində 251 min ev tikiləcək
06.02.2025 10:07
2025-ci ilin sonuna qədər Türkiyə zəlzələdən sonra 251 mindən çox evin tikintisini başa çatdırmağı planlaşdırır. Bu barədə Türkiyənin ekologiya və şəhərsalma naziri Murat Kurum bildirib.
 

"Zəlzələlərin Türkiyəyə dəyən ziyanı 104 milyard dollar və ya ÜDM-in 10%-ni təşkil edib. Demək olar ki, 2,5 milyon insan evlərini tərk edərək başqa bölgələrə köçmək məcburiyyətində qalıb. Ümumilikdə "əsrin fəlakəti" 14 milyon insana təsir edib", - Kurum bildirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə baş verən zəlzələnin iki il dönümü ilə bağlı söyləyib ki, şəhərlər tam bərpa olunana qədər səylərini davam etdirəcək. 

Fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub.
 
Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Fevralın 20-də isə Hatay vilayətində 6.4 ballıq növbəti zəlzələ qeydə alınıb. Malatyada da 5.6 ballıq daha bir zəlzələ baş verib.


Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 50 500 nəfərə çatıb.


Zəlzələ nəticəsində 115 mindən çox insan yaralanıb. 


Dünyanın 100-ə yaxın ölkəsindən Türkiyəyə dəstək yardımı təklif olunub. Türkiyə prezidenti bildirib ki, bir il ərzində evləri dağılmış insanların evlərini tikib təhvil verəcək. 


Zəlzələdən sonra ölkədə 6 bala yaxına afterşoklar olub. 


BMT Türkiyədə baş verən zəlzələni "Əsrin fəlakəti" kimi qiymətləndirib.
 
Gülnar


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ed Milibend Britaniyanın xarici işlər naziri təyin edilib
Dünya 22:48
Ed Milibend Britaniyanın xarici işlər naziri təyin edilib
Nyu-Yorkda naməlum şəxs "Federal Plaza"nın qarşısında yanğın törədib
Dünya 21:21
Nyu-Yorkda naməlum şəxs "Federal Plaza"nın qarşısında yanğın törədib
İranda iki fransız diplomat saxlanılıb
Dünya 21:07
İranda iki fransız diplomat saxlanılıb
ABŞ ordusu Şirazı bombalayıb
Dünya 19:58
ABŞ ordusu Şirazı bombalayıb
İtaliyanın Rusiyadakı hərbi attaşesi ölkədən çıxarılıb
Dünya 19:15
İtaliyanın Rusiyadakı hərbi attaşesi ölkədən çıxarılıb
SEPAH ABŞ-nin hərbi bazalarına zərbələr endirib
Dünya 19:00
SEPAH ABŞ-nin hərbi bazalarına zərbələr endirib
Suriyadan 16 nəfər Azərbaycana repatriasiya edilib
Dünya 18:18
Suriyadan 16 nəfər Azərbaycana repatriasiya edilib
WP: ABŞ İranla genişmiqyaslı müharibəyə yaxınlaşır
Dünya 09:25
WP: ABŞ İranla genişmiqyaslı müharibəyə yaxınlaşır
Fransanın bayramına gedən Ermənistan rəsmiləri yedikləri qidadan zəhərlənib
Dünya 09:21
Fransanın bayramına gedən Ermənistan rəsmiləri yedikləri qidadan zəhərlənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol