• $
  • €
  • ₽
  • ₺
  • £

İsrail Qəzzadan iki girovun cəsədini geri qaytarıb

İsrail Qəzzadan iki girovun cəsədini geri qaytarıb
12.06.2025 08:43

İsrail Müdafiə Qüvvələri və Dövlət Təhlükəsizlik Xidməti Qəzza zolağında keçirdikləri əməliyyat zamanı 2023-cü il oktyabrın 7-də  girov götürülən iki nəfərin cəsədini geri gətirib. Bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun bəyanatında deyilir.

Cəsədlərdən birinin Yair Yaakov olduğu, digəri isə hələlik açıqlanmayan bir girova məxsus olduğu bildirilib.

“Biz bütün girovlarımızı – həm sağ, həm də həlak olanları – evə qaytarmadan dayanmayacağıq,” –  Netanyahu bildirib.

İsrail Ordusunun məlumatına görə, cəsədlər Qəzzanın cənubundakı Xan Yunis şəhərində aşkarlanıb. Bildirilib ki, əməliyyat girovların azad olunması üzrə xüsusi qrup, hərbi kəşfiyyat və təhlükəsizlik xidməti “Şabak”ın təqdim etdiyi dəqiq məlumatlar əsasında mümkün olub.

Rəsmi məlumatlara görə, hazırda Qəzzada 53 girov qalır, onlardan 20-si sağ hesab olunur.

N.Təbrizli

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol